Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Britaniya baş nazirinin populyarlıq reytinqi hədsiz dərəcədə enib

Tarix 21.07.17, 4:32

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın baş naziri Tereza Meyin populyarlıq reytinqi son bir il ərzində rekord aşağı göstəriciyə enib. Bu məlumat “Ipsos MORI” sosioloji xidmətinin “Evening Standard” qəzetində dərc olunan sorğusunun nəticəsində əks olunub.

Sorğunun nəticəsinə əsasən, rəy bildirən vətəndaşların 59 faizi Tereza Meyin baş nazir vəzifəsinin icrasından narazı qaldığı halda, respondentlərin cəmi 34 faizi hökumət başçısının işini məqbul qiymətləndirib. Bu, Tereza Meyin keçən ilin iyul ayında baş nazir postuna gəldiyi vaxtdan bəri ən aşağı göstəricidir.

Hökumətin işinin ümumi qiymətinə gəldikdə isə, respondentlərin 64 faizi bu məsələdə məyusluq ifadə edib və onların yalnız 28 faizi Nazirlər Kabinetinin fəaliyyətindən razı qaldığını bildirib.

Sorğu mindən çox Britaniya vətəndaşının iştirakı ilə iyulun 14-18-də keçirilib.

Xatırladaq ki, Tereza Meyin başçılıq etdiyi mühafizəkarlar partiyası iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazansa da, hakim çoxluğu itirib.(AzərTAc)



Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap