Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Britaniyada növbədənkənar parlament seçkiləri başlayıb - Hansı partiyanın şansı daha çoxdur?

Tarix 12.12.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Krallıqda Britaniya parlamentinin İcmalar palatasına növbədənkənar seçkilər başlayıb.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 22:00-a qədər açıq olacaq. Məntəqələr bağlanan kimi səsvermənin nəticələri barədə ilkin təsəvvürü formalaşdıracaq BBC exitpollarının məlumatları dərc edilməlidir.

Parlamentin aşağı palatasına İngiltərənin 553, Şotlandiyanın 59, Uelsin 40, Şimali İrlandiyanın isə 18 seçki dairəsindən 650 deputat seçiləcək. Seçkinin nəticələrinə əsasən İcmalar palatasında sadə çoxluğu əldə edəcək partiya hökuməti formalaşdırmaq hüququ qazanacaq.

YouGov sosiologiya kompaniyası tərəfindən hazırlanan və dekabrın 11-nə keçən gecə dərc olunan ictimai rəy sorğusunun nəticələrinə əsasən, hakim Mühafizəkarlar partiyasının hakimiyyətdə qalma şansları yüksək qiymətləndirilir. Baş nazir Boris Consonun rəhbərlik etdiyi tori respondentlərin 42,6 faizinin dəstəyini qazanıb. Beləliklə, Böyük Britaniyada majoritar seçki sisteminin özəlliyi nəzərə alınarsa, mühafizəkarların İcmalar palatasında əldə edəcəyi 339 mandat onların parlament çoxluğunu təmin edəcək.

105,6 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, Britaniyada əsas müxalif güc sayılan və britaniyalıların 33,8 faizinin etimadını qazanan Leyboristlər partiyası yalnız 231 mandata ümid edə bilər.

Buna baxmayaraq, YouGov xətaları nəzərə alaraq mühafizəkarların deputat kürsülərinin yarıdan azını əldə edəcəyini və partiyaların heç birinin üstünlük qazana bilməyəcəyini də istisna etmir. Böyük Britaniyada “asılı parlament” adlanana belə vəziyyət Brexit məsələsi üzrə qeyri-müəyyənliyi artıra bilər(azərtac).

 



Xəbərin oxunma sayı : 445




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap