Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Britaniyalı dizayner uşaqla birlikdə böyüyən geyimlər hazırlayıb - FOTO

Tarix 09.09.17, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Britaniyalı 24 yaşlı dizayner Rayan Yasin paltarın ölçüsünü bir neçə dəfə artıran parça ixtira edib.

Azərtac "life.ru"ya istinadla xəbər verir ki, gənc dizaynerin hazırladığı geyimlər 6 ay-3 yaş aralığında uşaqlar üçün nəzərdə tutulub.

Bütün valideynlər bilir ki, uşaq geyimlərinin alış-verişinə nə qədər pul xərclənir. Rayan Yasin bu problemin həllini tapıb: indi paltar körpə ilə birlikdə böyüyəcək. Rayan Yasin parçaların hazırlanması üçün auksetikdən – dartılıb uzandığında qalınlaşan materialdan istifadə edib.

Geyimlər yuyulan zaman forma və ölçüsünü dəyişmir. İxtiraçı əmindir ki, belə geyimlərdən istifadə valideynlərə pullarına qənaət etməyə kömək edəcək və təbiəti çirkləndirən tullantıların sayını azaldacaq.

Qeyd edək ki, bu günlərdə Rayan sənaye dizaynı sahəsində "James Dyson Award" beynəlxalq mükafatını qazanıb. Ona 2 min avro məbləğində verilən pul mükafatını isə yeni ixtira etdiyi bu cür geyimlərin kütləvi istehsalına sərf edəcək. İlk modellər bir neçə aydan sonra Böyük Britaniyada satışa çıxarılacaq.



Xəbərin oxunma sayı : 151




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap