Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

Tarix 25.12.17, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


Britaniyada dərc olunan "The Sun" tabloidi yazır ki, krallıqda dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaq şərtilə əksəriyyətin masası üstündə hind toyuğu (hinduşka) olur

Bəzi statistik məlumatlara görə, 2017-ci ilin Miladında da britaniyalıların 87 faizi bayram yeməyi kimi bu quşun adını çəkiblər.

Bəs görəsən britaniyalılar Milad günündə niyə məhz hinduşka yeyirlər?

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, bu ənənə çox güman bir yorkşirli kişidən başlanıb. Təxminən 500 il bundan əvvəl - 1526-cı ildə Uilyam Striklənd adlı bir şəxs Amerika hindularından 6 hind toyuğu alıbmış. O, Amerikada aldığı bu ev quşlarını Britaniyaya gətirməzdən əvvəl ada sakinləri bayramlarda yalnız qaz, qaban başı, toyuq və hətta qırqovul yeyərmişlər.

Buna görə də, 16-cı əsrdə ölkəyə gəlmiş bu quşun dadına ilk dəfə kral 8-ci Henrix baxıb. Sonralar kral 7-ci Edvard hind toyuğunu populyarlaşdırıb.

"The Sun" yazır ki, ticarətdən yaxşı başı çıxan britaniyalılar bu quşun sərfəli olduğunu dərhal başa düşüblər. Hinduşka həm böyüklüyünə görə ailələri bayramlarda tam doyuzdurur, digər tərəfdən toyuqları və mal-qaranı kəsməkdən xilas edirdi. Əvəzində evlərin südü və yumurtası da bol olurdu.

İndiki statistikaya görə, Britaniyada ildə 10 milyon hinduşka yeyilir. Bu da bəllidir ki, britaniyalıların 25 faizi hinduşkanı Miladdan bir ay əvəl alıb buzxanada saxlayır. Belə, ucuz başa gəlir, əlbəttə.



Xəbərin oxunma sayı : 145




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap