Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu şəxslərin pensiyaları yenidən hesablanacaq – Nazirlikdən açıqlama

Tarix 20.06.18, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov “APA-Economics”in sorğusuna cavab olaraq deyib.

F.Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb. F.Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.

“Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, – deyə F.Talıbov bildirib.​



Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap