Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu dövlət əmlakları satışıa çıxarılır –Komitədən açıqlama

Tarix 22.07.19, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təklif olunan əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Komitə tərəfindən özəlləşdirmədə növbəti iştirak imkanı 20 avqust tarixindəki hərracda yaradılacaq.

AzFakt.com komitəyə istinadla xəbər verir ki, bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12.2 kv.m ilə 2889 kv.m intervalındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var.

Qeyd edək ki, hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30% ilə 45% arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini “Xəzər Avtonəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Daşkəsən Aqrotexservis” və digər əmlaklar üzrə edə bilər.

Buraxılış ili 1990-2009 olan nəqliyyat vasitələri də budəfəki hərraca çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər Nissan, Kia, Chevrolet, Hyundai və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10%-i həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər.



Xəbərin oxunma sayı : 277




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap