Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

Tarix 26.09.17, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün keçiriləcək 8 qarşılaşma ilə futbol üzrə Çempionlar Liqasında II tura start veriləcək.

“Report”un məlumatına görə, ilk gününün oyunları “E” və “H” qruplarını əhatə edəcək.

Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” Avropanın ən nüfuzlu klub turnirinin debütantı OLAN Almaniya “Leyptsiq”ini qəbul edəcək. İlk turda “qara qartallar” Portuqaliyada “Portu”nu 3:1 hesabı ilə yenib, rəqib komanda isə Fransa “Monako”su ilə heç-heçə edib – 1:1.

Bu qrupda 2003-2004-cü illər mövsümünün finalçıları “Monako” ilə “Portu” arasındakı görüş də diqqət mərkəzində olacaq.

Yarışın son qalibi İspaniya “Real Madrid”i Almaniyanın Dortmund şəhərində “Borussiya”nın qonağı olacaq. İlk turda “Real Madrid” Kipr APOEL-ini 3:0 hesablı məğlubiyyətə uğradıb, “Borussiya” isə İngiltərədə “Tottenhem”ə uduzub – 1:3.

Çempionlar Liqası, II tur

26 sentyabr

E qrupu

“Sevilya” (İspaniya) – “Maribor” (Sloveniya)

“Spartak” (Moskva, Rusiya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Spartak”, “Liverpul”, “Maribor”, “Sevilya” – hamısı 1.

F qrupu

“Napoli” (İtaliya) – “Feyenoord” (Hollandiya)

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Xal durumu: “Şaxtyor”, “Mançester Siti” – hər ikisi 3, “Feyenoord”, “Napoli” – hər ikisi 0.

G qrupu

“Beşiktaş” (Türkiyə) – “Leyptsiq” (Almaniya)

“Monako” (Fransa) – “Porto” (Portuqaliya)

Xal durumu: “Beşiktaş” – 3, “Monako”, “Leyptsiq” – hər ikisi 1, “Porto” – 0.

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Real Madrid” (İspaniya)

APOEL (Kipr) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Real Madrid”, “Tottenhem” – hər ikisi 3, APOEL, “Borussiya” – hər ikisi 0.

Qeyd edək ki, turun qalan oyunları sentyabrın 27-də keçiriləcək.



Xəbərin oxunma sayı : 130




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap