Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu gün səhər Bakıda 7 nəfər sürüşüb yıxılaraq travma alıb

Tarix 17.02.17, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib. Bu barədə institutun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev məlumat verib.

V.Verdiyev xəsarət alanlardan üçündə mil sümüyünün tipik yerdən sınığı, digər üçündə əzilmə, bir nəfərində isə yüngül travma qeydə alınıb: “Müraciətlərin ikisi Yasamal rayonu ərazisindən olub”.

O, həmçinin qeyd edib ki, instituta gün ərzində gətiriləcək xəstələrin sayında artım olacağı istisna edilmir.

Baş travmatoloq bu cür havalarda əhalini daha da ehtiyatlı olmağa çağırıb. O, insanlara bu cür havada yolu yalnız işıqfor olan ərazilərdən keçməyi məsləhət görüb: “Yaşlılar isə belə havada evdən çölə çıxmasa yaxşıdır. Bundan başqa, yeraltı piyada keçidlərindən istifadə məqsədəuyğundur. Yaxud da yolu keçən zaman ətrafdakıların köməyindən istifadə etmək lazımdır”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə açıqlamasında deyib ki, hələlik qarlı hava şəraiti ilə əlaqədər onlara müraciət daxil olmayıb. 



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap