Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu gün yəhudilərin soyqırımı günüdür

Tarix 27.01.21, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

“Report” xəbər verir ki, 1945-ci il yanvarın 27-də sovet ordusunun Birinci Ukrayna cəbhəsi Osventsim-Birkenau ölüm düşərgəsinə ərazisinə daxil olub. Ölüm düşərgəsinin darvazalarını Lvov atıcı diviziyasının komandiri mayor Anatoli Şapiro açıb.

Bu düşərgədə 1,1 mln insan saxlanılıb. Onların təxminən bir milyonu yəhudi olub.

BMT Baş Assambleyası tərəfindən 2005-ci ildə Anım Günü təsis edilib. Koronavirusa görə bu il xatirə mərasimləri əsasən onlayn rejimdə keçiriləcək.

Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən əmələ gəlib və “tamamilə yanmış”, “yanıb kül olmuş” anlamını verir. Yəhudi soyqırımı, yaxud “Ha-Shoa” (ivritcə - fəlakət) Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.

Qeyd edək ki, Holokost qurbanlarının Beynəlxalq Anım Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomesajla çıxış edib, Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat verib. Dövlət başçısı çıxışında nifrət nitqləri ilə mübarizənin sadəcə məğdurların deyil, bəşəriyyət olaraq hər kəsin birgə vəzifəsi olduğunu vurğulayıb: "Bu, sadəcə əxlaqi davranış deyil, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasına əsasən də öhdəlikdir. Beynəlxalq təşkilatlar, hökumətlər, mətbuat, siyasətçilər, vətəndaş cəmiyyəti, dini qruplar və nüfuzlu şəxslərin hər biri bu çərçivədə məsuliyyət daşımalıdır". 



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap