Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu günə qədər 1483 nəfər erməni əsir və girovluğundan azad edilib –Dövlət Komissiyası

Tarix 10.12.18, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir və girovluğundan azad edilib.

Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır: “Eyni zamanda Azərbaycan tərəfdə də erməni mənşəlli şəxs saxlanılır. Əlbəttə ki, ölkəmiz hazırda işğal altında olan Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

Komissiya rəsmisi qeyd edib ki, MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı Ermənistan və Azərbaycanda saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsini müzakirə edib: “Ən vacib məsələ imzalananan çərçivə sazişinə əsasən itkin düşən şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb”. (Trend)

 



Xəbərin oxunma sayı : 142




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap