Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu il Azərbaycan 20 tondan çox qızıl alıb – Rəqəmlər

Tarix 19.11.18, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin üçüncü rübündə Azərbaycana 19 ton 567,27 kiloqram qızıl gətirilib.

Bu barədə Turan agentliyi məlumat yayıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, iyul-sentyabr aylarında Azərbaycanın gömrük sərhədlərini ABŞ-dan (987.04 kq), Cənubi Afrika Respublikasından (13055.25 kq), İsveçrədən (2968.95 kq) və Kanadadan (2554.02 kq) gələn işlənməmiş qızıl keçib. Bu ilin ilk yarısında Türkiyədən də (995,45 kq) qızıl alınıb.

Bu ilin doqquz ayı ərzində Azərbaycan tərəfindən alınmış qızılın həcmi 20 ton 562,72 kq təşkil edib. Qızılın ümumi dəyərinin 459,6 milyon dollar olduğu təxmin edilir. Bu, ilin əvvəlindən ölkənin idxalının (7,9 milyard dollar) 5,8%-ni təşkil edir.

Bu il noyabrın 2-də Maliyyə Nazirliyi bildirib ki, Mərkəzi Banka saxlanmağa 400,2 kq qızıl verib. Bu qızıl Amerika şirkətinin işlətdiyi “Gədəbəy” qızıl mədənində (Azərbaycanın qərb bölgəsi) Azərbaycan hökumətinin payıdır. Qızılın bu partiyasının ölkəyə nə vaxt daxil olduğu barədə məlumat verilmir.

Bu il Azərbaycan xaricdə ümumi məbləği 9,3 milyon dollardan çox olan 2256,29 kq zərgərlik məmulatı alıb.



Xəbərin oxunma sayı : 166




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap