Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu ilin 8 ayında neft hasilatı 1.8 milyon ton azalıb - Energetika Nazirliyi

Tarix 22.09.20, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23.2 milyon ton neft və kondensat hasil edilib. Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, hasilat göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən 1,8 milyon ton aşağı düşüb.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu və ya 69%-i “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun, 4,8 milyon tonu (20,7%) SOCAR və digər əməliyyat şirkətlərinin, 2,4 milyon tonu (kondensat) isə “Şahdəniz”in (10,3%) payına düşüb.

2020-ci ilin səkkiz ayında Azərbaycandan 19,2 milyon ton neft və kondensat ixrac edilib. Bu, 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 1,7 milyon ton və ya 8 faiz azdır.

İxrac edilən maye karbohidrogenlərin 18,4 milyon tonu AÇG və “Şahdəniz” yataqlarından, 0,8 milyon tonu isə SOCAR və digər əməliyyat şirkətlərinin balansında olan yataqlardan həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda hasilatın nəzərəçarpacaq dərəcədə azalması ölkənin OPEK+ çərçivəsində götürdüyü öhdəliklərdən və yataqların hasilat üzrə zirvə göstəricisindən daha çox uzaqlaşma dövrü ilə əlaqədardır.

Azərbaycanın ən böyük neft yataqlar bloku AÇG-də hasilatın zirvə anı 10 il əvvələ təsadüf edib, hasilatın davam etdiyi digər yataqlarda isə bu göstərici Sovet zamanı qeydə alınıb.



Xəbərin oxunma sayı : 538




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap