Cazibədar modeldən seksual paylaşım - FOTO Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..." Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO Hadisə sinəsini böyüdüb? - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Mart 2020

    Cazibədar modeldən seksual paylaşım - FOTO

  • / Gündəm / — 18 Mart 2020

    Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..."

  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 04 Fevral 2020

    Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO

Bu institutda təhsil ödənişli olmayacaq - RƏSMİ

Tarix 05.12.19, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq”.

AzFakt.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda İlahiyyat İnstitutunda həm Azərbaycan, həm də Gürcüstandan tələbələr oxuyurlar:

"İlahiyyat İnstitutunda təhsil ödənişsiz həyata keçirilir, bu, institutun Nizamnaməsində də əksini tapıb. Bu İnstitut din sahəsində mütəxəssislər hazırlayır,  bu İnstitutda heç vaxt ödənişli təhsil sistemi tətbiq edilməyəcək. Bunun da əhəmiyyəti odur ki, din sahəsində kadrlar dövlət hesabına hazırlanır, dövlətin himayəsi altındadır. İlahiyyat İnstitutunda oxuyan tələbələrin təqaüdü, geyimi, maddi təminatları ilə bağlı müxtəlif güzəştlər nəzərdə tutulub və həyata keçirilir. İnstitut kollektivi ötən dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görüb. Həm İlahiyyat İnstitutunun kadrlarının hazırlığı, həm də İslami dəyərlərimizin təbliği  sahəsində böyük işlər həyata keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu üçün ayrıca dördmərtəbəli yeni tikilmiş bina ayrılıb, orada təmir işləri həyata keçirilir. Hazırda İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin zamanında yerləşdiyi binada fəaliyyət göstərir, gələn ilin sentyabrdan yeni binaya köçəcək”.

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutu ilə Türkiyə, Şimali Qafqaz, digər müsəlman ölkələri və Orta Asiyanın ali məktəbləri ilə müqavilələr imzalanıb, gələn ildən tələbə mübadiləsi həyata keçiriləcək:

"Biz həm İslami, həm mənəvi dəyərlərimizin qorunması istiqamətində mütəxəssis hazırlığımızı davam etdirəcəyik. İnstitutda gələcəkdə xristianlıq və yəhudiliklə bağlı dini kadrların hazırlığı üçün kurslar, tədris proqramlarına uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulub".



Xəbərin oxunma sayı : 370

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda