Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu müəssisələr 5 dəfə əl, 4 dəfə ad dəyişdirib – Məqsəd nədir? + ŞOK faktlar

Tarix 04.04.19, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Şirkətlər kredit qarşılığında Beynəlxalq Banka girov qoyulub, sonra “Aqrarkredit”in nəzarətinə keçib, daha sonra iş adamına ötürülüb, ən axırda “ASK”-ya verilib.

Prezidentin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsində səmərəliliyi artırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq, istehsal potensialının artırılmasına nail olmaq, ixracı stimullaşdırmaq, qeyri-neft sektorunun inkişaf sürətini yüksəltmək, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını təmin etmək kimi bir sıra məsələlərin həyata keçirilməsindən ibarətdir.

Deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün aktivlər, əsasən, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzindəəldə edilmiş, onun balansında olan və “ASK” ASC-nin mülkiyyətinə verilən əmlak hesabına formalaşır.

Aktivlərin üstündə “ASK”a 5 milyon manat da peşkəş edildi

5 milyon manat vəsait və “ASK” ASC-nin balansına verilən əmlak da daxil olmaqla, ABB kreditorlarının Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsinə dair Nazirlər Kabinetinin Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3 mlrd. 854 mln. 300 min (Gənclər və İdman Nazirliyinin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına keçmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər də qurumun nizamnamə kapitalına yönəldildi.

409307406

Bundan sonra dövlət əmlakının bazar dəyərinin müəyyənləşdirilməsi üçün həmin əmlakların qiymətləndirilməsi aparılmalı idi.

2018-ci ilin əvvəlində “ASK” ASC 18 kommersiya hüquqi şəxsin - “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat”ASC, “Pərvanə” MMC, “CTS Agro” MMC, “BOT” MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “General Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal D” MMC şirkətlərinin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədilə tender elan etmişdi.

Dövlət əmlaklarını qiymətləndirmə üzrə tender keçirmədən götürüblər

Sonradan nəzərdə tutulan qiymətləndirmə üzrə tenderin ləğvini ASC-dən “vaxt darlığı” ilə izah etdilər, “qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə qərar verilib”, dedilər. Bu bəhanə o zaman da inandırıcı görünməmişdi, çünki nə əldə daşan süd vardı, nə də müəssisələr olimpiya oyunlarına hazırlanırdı, istənilən vaxt vəd olunan tenderi keçirə bilərdilər.

Korporasiyanın direktoru Kamran Nəbizadə bu yaxınlarda deyib ki, təşkilatın balansına verilən mülkiyyətin qiymətləndirilməsinə “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətləri cəlb olunub. Qiymətləndirmə prosesində yerli mütəxəsisslər də iştirak edib. 17 törəmə müəssisənin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir.

kamran_nebizadeddd2bb1af91548334185

Deməli, qiymətləndirən təşkilat seçim əsasında müəyyənləşməyib, sadəcə istəyə görə təyin edilib. Bu isə “Dövlət satınalmaları haqqında” Qanuna ziddir.

Beləliklə, bir gün “ASK” adında bir təşkilat yaradılaraq barələrində söhbət gedən müəssisələr onun tərkibinə verildi. “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “ASK Xidmət” MMC, “ASK İdman Kompleksi” MMC, “ASK Şüşə” MMC, “ASK Şəki Şərab” MMC, “Azəripək” MMC, “ASK İzolit” MMC, “ASK Tekstil” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “ASK Heyvandarlıq” MMC bankın girovunda olmuş yuxarıda adları sadalanan müəssisələrin bazasında yaradılıb, yalnızca adları bir qədər korrektəyə məruz qalıb, bir də korporasiyanın mülkiyyəti olduğunu sübut etməkdən ötrü böyürlərinə bir “ASK” əlavə ediblər. Elə ictimaiyyətə də daha çox qurumun yeni təsis etdiyi müəssisələr kimi təqdim olunur.

300 milyonluq şirkətlər özəl əllərə necə keçib?

Lakin buna qədər – 2017-ci ilin oktyabın 26-da dərc olunan məlumatlarda “Aqrarkredit” QSC-nin təsisçiliyi ilə ümumi kapitalı 324 milyon 379,6 min manat olan doqquz şirkətin yaradıldığı bildirilirdi. Bunlar, “Bakı Ayaqqabı» MMC (“BOT” ayaqqabı fabrikinin 11,5 milyon manat dəyərində qiymətləndirilmiş əmlakı), “Şəki Kərpic İstehsalı” MMC (Şəki kərpic zavodunun 21,5 milyon manat dəyərində əmlakı), “Mingəçevir İzolit» MMC (eyni adlı səhmdar cəmiyyətinin 14,8 milyon manat dəyərində əmlakı), “Şəki Ət və Süd Məhsulları” MMC (“Kainat” ASC-nin 9 milyon manat dəyərində əmlakı), “Azərtütün” MMC (Şəki-Zaqatala bölgəsindəki tütün fermentləşdirmə zavodlarının bir neçəsinin 30,1 milyon manat dəyərində əmlakı), “Şəki Heyvandarlıq” MMC (Şəkidəki heyvandarlıq təsərrüfatının 18,4 milyon manat dəyərində əmlakı), “Şəki İpək İstehsalı” MMC (“Şəki İpək” ASC-nin 37,5 milyon manat dəyərində əmlakı), «Azərpambıq» MMC (“CTS Aqro” MMC-nin pambıq emalı zavodlarının 82,3 milyon manat dəyərində əmlakı), “Azərşüşətara” MMC (“Xəzər Menecment Sistems” şirkətinin Qaradağ rayonundakı 98,9 milyon manat dəyərində şüşə zavodu) idi.

Nəzərə alaq ki, burada cəmi 9 müəssisənin adı çəkilir. Bu hesabla 18 müəssisənin təkcə nizamnamə kapitalı təqribən 700 milyon manat, aktivləri də ən az iki o qədər olmalıdır.

1492602627Q16A3927

Eyni dövrdə “Vergilər” qəzetinin xüsusi buraxılışındakı elana istinadla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033-də həmin şirkətlərdən 7-nin qeydiyyata alındığı barədə məlumatlar getmişdi. Göstərilən ünvan “Qlobus Plaza” biznes-mərkəzinindir.

Mərkəzin sahibi sabiq deputat Dünyamin Xəlilov da “Beynəlxalq Bank işi”nə görə həbsdədir. Həbsindən sonra mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə dərc edilən məlumatlar indiyəcən təkzib edilməyib. İndi “ASK”a verilən “İnter Tekstile” və “General Konstrakşn” şirkətlərinin də Xəlilovla bağlılığı olub.

“Aqrarkredit”-in dövründə də eyni adamlar rəhbər idi, indi də

“ASK”ın tərkibindəki müəssisələr siyahısına daxil olan “ASK Ayaqqabı Fabriki” MMC də sadalanan müəssisələrlə eyni gündə “Bakı Ayaqqabı” MMC adı ilə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 4 nömrəli Bakı Ayaqqabı Fabrikinin xələfidir. Digər bir adı da “BOT” olub.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyev göstərilir. Fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu MŞ nəzarət edir. İddiaya görə, şirkətin yaradılmasında məqsəd ABB-yə borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir və bildirilir ki, müəssisə hazırda Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC-nin balansındadır. Keçən il yenidən qeydiyyata alınan “Azərpambıq ASK” MMC-nin də direktoru həmin Bəhruz Camalovdur.

Sadalanan şirkətlərin hüquqi təmsilçiləri, direktorları, müşahidəş urası üzvləri eyni vaxtda həmin MMC-lərin bir neçəsində təmsil olunur – “”Aqrarkredit”in dövründə də bu adamlar rəhbərlikdə idi, elə indi də.

Milyardlıq müəssisələrin cəfasını hökumət, səfasını fürsətçilər görür


15366657361000463518_554x360

Dedik ki, “ASK” ASC 2017-ci ilin noyabrın 6-da yaradılıb, barəsində söhbət gedən şirkətlər isə 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirilib. Yəni bunlar “ASK”a ötürülməzdən 4 ay əvvəl vergi oqranlarında yenidən qeydə aldırılıb, həm də başqa-başqa adamların adına, ünvan da şəxsidir.

Sözügedən müəssisələr dövlət qurumunun balansındadırsa, dövlətə məxsus əmlaklar niyə “Aqrarkredit”-də yox, özəl ünvanlarda, həm də fiziki şəxslərin adına yenidən qeydiyyatdan keçirilib?

Sonradan “ASK” yaradılmaqla əmlaklarlardan geriyə qalanlar təzədən oraya ötürülüb. “ASK” bu müəssisələrin qeydiyyat məlumatlarını ictimailəşdirsə, yaxşıdır, ən azından bundan sonrakı dövr üçün olan-qalan əmlakların əmin əllərə etibar edildiyini düşünmək insanı rahatladar. Hazırda isə belə bir mənzərə yaranır ki, hökumətin uzun illər güzəştli şərtlərlə kreditləşdirdiyi, eyni zamanda külli miqdarda borclarını bağışladığı müəssisələr onun balansından çıxarılıb, lakin dövlət adından yenə həmin şirkətlərə pul axıdılır. Cəfasını hökumət, səfasını dövlətin qulluğunda durmayanlar sürür.

“İz”i itirmək üçün mülkiyyət sahiblərini və adlarını dəfələrlə dəyişdi

Belə deyilsə, bu uzun proseslərdən keçməyə nə ehtiyac vardı? Ən başdan hərraca çıxarıb həmin şirkətləri satmaq olardı, bədəbəddə idarəetmə üçün İqtisadiyyat Nazirliyinə də verə bilərdilər. O zaman dəfələrlə qeydiyyatdan keçirib, adlarını dəyişməyə də lüzum qalmazdı. Bu qədər ciddi iş ya işbilməzlərə tapşırılıb, ya da bilərəkdən belə dolanbac yollarla gedilir ki, kimsə nə baş verdiyini anlamasın. Lakin nə etsələr də, hansı yollardan getsələr də “iz” yenə aparıb eyni yerə çıxarır. İstəyirlər müəssisələrin təkcə adını, ünvanını yox e, profilini də dəyişsinlər, yerləşdikləri məkanı ki, dəyişə bilməzlər. Hər kəs bilir ki, “İnter Glass” zavodu Bakının Qaradağ rayonundadır, istər adını dəyişib “Bakı Glass” qoysunlar, istərsə də “ASK Şüşə” MMC, fərqli nəsə olmayacaq. Əsas odur ki, müəssisə işləsin, məhsul istehsal etsin, qazandığı mənfəətdən ölkənin büdcəsinə də xeyir versin.

5852876a36e09

Kənardan baxanda, bu müəssisələrin hansısa qurumların idarəetməsinə verilməsi, bəlkə də adi bir iqtisadi proses kimi görünə bilər. Lakin faktları yan-yana gətirdiyinizdə, ortada təmiz iqtisadi marağın olmadığını anlamaq çətin deyil. Başıbəlalı şirkətlər görün neçə əldən keçib! Xronoloji ardıcıllıqla baxıldığında, onlar bu 4 ildə nə az-nə çox, düz 5 dəfə “əl dəyişib”, 4 dəfə də ad. Əvvəlcə ayrı-ayrı fiziki şəxslər tərəfindən yaradılıb, sonra kredit müqabilində ABB-nin girovluğuna verilib, daha sonra “Aqrarkredit”in nəzarətinə keçib, sonra biznes-mərkəzdə birinə ötürülüb, ən axırda da “ASK”a verilib. Bu müəssisələrin belə əldən-ələ keçib əmlaklarının yağmalanmaması mümkünsüzdür. Bəlli ki, onlardan hərə bacardığı qədər faydalanıb.

Sadalananlar ABB qarşısında kredit öhdəliyi olan müəssisələrin hələ bir hissəsidir. Yüksək gəlirli xeyli şirkət var ki, onlar məxfi şəkildə satılıb. “ASK” ASC-nin tərkibinə verilmiş zavod və fabriklər “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”), “Bakı Fındıq Emalı” Zavodu (“BakFem” MMC), “Azərinşaatservis” MMC, Fuceyradakı “İntertekstil” və “İnterstil” zavodları ilə müqyisədə bəlkə də o dərərcədə “gözəgəlimli” deyillər, amma onları yenidən dirçəltməkdən ötrü keçirilən bahalı tenderlər dodaq uçuqladır. Bu haqda və xüsusi olaraq həmin müəssisələrin idarə edilməsi üçün yaradılan dövlət qurumlarının, ötən müddət ərzində fundamental dəyişikliklər edib-etmədiklərinə dair başqa yazıda…

AzPolitika.info





Xəbərin oxunma sayı : 1003




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap