Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bu məhsulların qiyməti bahalaşacaq - Açıqlama

Tarix 24.10.23, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


"Əksər kənd təsərrüfatı məhsullarının mövsümü artıq başa çatıb. Hazırda çox az meyvə və bəzi tərəvəzlərin mövsümü davam edir. Bu məhsulları çıxmaq şərti ilə qalan bütün ərzaq məhsullarının qiymətləri yaxın zamanda qalxacaq”.

Bahalaşma təkcə mövsümlə bağlı deyil 

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, qiymət artımı təkcə mövsümlə bağlı deyil:
 
İranın bəzi şirkətlərinin Azərbaycana kartof gətirməsinə qadağa qoyulub

"Bu məsələdə xarici faktor da xüsusi rol oynayır. Məsələn, artıq üçüncü həftədir ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artır. Bu da səbəbsiz deyil. Bu mövsümdə Rusiyada əvvəlki illə müqayisədə 15 milyon ton az taxıl istehsal olunub. Rusiyada taxıl istehsalı ötən il 150 milyon ton idisə, bu il cəmi 135 milyon ton taxıl tədarük edilib. Bununda 95 milyon tonu ərzaqlıq buğdadır.

Yəqin ki, bunun yarısı ixrac olunacaq. Biz də ərzaqlıq buğdanı əsasən Rusiyadan alırıq. Rusiyada istehsalın azalması o deməkdir ki, aldığımız buğdanın qiyməti artacaq. Bu da öz növbəsində unun və çörəyin qiymətinə təsir edəcək. Yəni unun, ola bilsin ki, çörəyin də qiyməti qalxacaq”.

Hansı məhsullar bahalaşacaq?

Akif Nəsirli onu da qeyd edib ki, yaxın günlərdə biz soğan-kartof və digər zəruri tərəvəz məhsullarının qiymətində artım görəcəyik:

"Ümumiyyətlə, dünya bazarında ərzaq məhsullarının bahalaşması meyilləri müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, idxal olunan bir sıra ərzaq məhsulları bahalaşacaq. Yəni yerli məhsullar mövsüm bitdiyinə görə, idxal edilən məhsullar isə dünyada baş verən qiymət artımına görə bahalaşacaq. 

Əsas qida məhsulu olan heyvan ətinin qiyməti də yeni ilə qədər bahalaşmaqda davam edəcək. Bu da yerli istehsalın azalması ilə bağlı məsələdir. Çox təəssüf ki, ilbəil heyvandarlıqda istehsal tempi aşağı düşür”. 

Müsahibimiz bəzi məhsulların qiymətinin enəcəyin, bəzilərininsə sabit qalacağının anonsunu verib:

"Yalnız "ikinci  çörək” hesab edilən düyü gələn həftədən etibarən ucuzlaşacaq. Bu da əsas düyü ixracatçısı olan Hindistanın ixraca qoyduğu embarqonun qaldırılması ilə bağlıdır. Quş əti və yumurtanın da qiymətinin stabil qalma ehtimalı böyükdür. Çünki bu sahədə təlabət əsasən yerli istehsal hesabına ödənilir. Ona görə də quşçuluq məhsullarının qiymətində artım ehtimalı çox aşağıdır”.



Xəbərin oxunma sayı : 913




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap