Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu qurumun səlahiyyətləri artırıldı – Qərar

Tarix 09.07.19, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Tərcümə Mərkəzinə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək səlahiyyəti verilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib.

Bu dəyişikliklərə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzi fəaliyyət istiqamətləri ilə bağlı qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, tərcümə sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir, Azərbaycanın beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir.

Nizamnamədə Mərkəzin vəzifələri sırasına yeni bəndlər də əlavə edilib.

Bu əlavəyə uyğun olaraq, Mərkəz kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür, Mərkəzin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir.

Sənədə edilən yeni əlavəyə görə, mərkəzin fəaliyyət istiqamətləri üzrə beynəlxalq müqavilələrə Azərbaycanın tərəfdar çıxması barədə təkliflər vermək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək hüququ var.

Nizamnamədə mərkəzin idarəolunması ilə bağlı bölməyə də əlavələr edilib. Buna uyğun olaraq, Tərcümə Mərkəzinin İdarə Heyəti Mərkəzin fəaliyyətini təşkil edir və ona nəzarət edir, Mərkəzin əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir. /Trend




Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap