Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu rüb smartfonlar üçün 530 milyon panel buraxılıb

Tarix 25.11.17, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Çinin “Sigmaintell” analitik şirkətinin hesablamalarına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonlar üçün 530 milyon ədəd panel istehsal edilib

Lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu, 2016-cı ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1 faiz çoxdur.
 
Məhsulun ən iri tədarükçüsü “Samsung Display” şirkətidir. Cənubi Koreya istehsalçısı bir rüb ərzində 106 milyon ədəd panel tədarük edib ki, bu da bir il öncəkindən 6 faiz çoxdur.  
 
Bu siyahıda 83 milyon ədəd panellə ikinci yeri tutan “BOE Technology” şirkəti bir il ərzində tədarükünü 6,4 faiz artırıb. Üçüncü yerdə “Tianma-Microelectronics” şirkəti qərarlaşıb. Bu şirkət bir il ərzində istehsalını 48 faiz artıraraq 55 milyon ədədə çatdırıb. “Japan Display” şirkəti isə istehsalını 26 faiz azaldaraq 37 milyon ədəd panel tədarük edib.
 
İlk beşliyi “LG Display” şirkəti qapayır. Bu şirkət bir rüb ərzində 33 milyon ədəd panel istehsal edib ki, bu da bir il əvvəlki göstəricidən 27,9 faiz azdır.



Xəbərin oxunma sayı : 142




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap