Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu rayonlar üzrə pensiyalar hesablara köçürüldü – SİYAHI

Tarix 08.04.20, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya ödənişləri artıq həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (197 216 nəfər) bank hesablarına köçürülüb.

AzFakt.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, sabah Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiyalar ödəniləcək: “Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə isə ayın 10-da ödənilməsi nəzərdə tutulur. Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq”.



Xəbərin oxunma sayı : 889




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap