“Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO Pərvinin ilham verən saç modelləri... - FOTOLAR “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 19 Yanvar 2022

    “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

  • / Maqazin / — 15 Yanvar 2022

    Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 08 Yanvar 2022

    Pərvinin ilham verən saç modelləri... - FOTOLAR

  • / Maqazin / — 07 Yanvar 2022

    “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova

  • / Maqazin / — 04 Yanvar 2022

    Afaq yenə soyundu – FOTOSESSİYA

  • / Maqazin / — 25 Dekabr 2021

    Pərvin mini ətəkdə elə poz verdi ki...- FOTOLAR

Bu tibb işçilərinin əmək haqlarına aylıq əlavələrin məbləği açıqlandı - CƏDVƏL

Tarix 12.01.22, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda (Qayda) dəyişiklik edilib.

Agentlikdən Mia.az-a verilən məlumata görə, yeni dəyişikliyə əsasən tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib.

Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur:

Nümunə 1: Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir.

Nümunə 2: Baş elmi işçinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. Əlavə olaraq 400 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir.

Qeyd edək ki, bu Qaydaya edilən sayca üçüncü dəyişiklikdir. Səhiyyə işçilərinin əməkhaqlarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, onların maddi rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
img




Xəbərin oxunma sayı : 676

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap