Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu yay Azərbaycana transfer olunan ən bahalı futbolçular -SİYAHI

Tarix 03.09.17, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Artıq transfer pəncərəsi bağlanıb. Bundan sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətlərinə qata bilərlər.
 
Bu yay Azərbaycan klubları transfer bazarında çox passiv göründü. Yalnız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" və nisbətən "Qəbələ" müəyyən fallıq göstərdi. Digərləri isə əsasən yerli futbolçuları və ucuz əcnəbiləri heyətlərinə qatdı.

Bəs bu yay ölkəmizə gələn ən bahalı futbolçular kimlər olub? MilliYol.Az xəbər verir ki, Fanat.az "Transfermarkt"ın qiymətləndirməsinə əsasən, bu yay ölkəmizə gələn ən bahalı futbolçuları müəyyənləşdirib.

Məlum olub ki, ən bahalı futbolçuları "Qarabağ" transfer edib. Ağdam klubunun PAOK-dan icarəyə götürdüyü Pedro Enrikenin transfer qiyməti 3 milyon avrodu. Ağdam klubunun dünən axşam Yunanıstan "Olimpiakos"undan icarəyə götürdyü Norveç millisinin üzvü Tarik Elyunussiyə 1,5 milyon avro qiymət qoyulub. Ukrayna "Şaxtyor"undan "Qarabağ"a gələn Anton Kanibolotskinin dəyəri isə 1 milyon avrodu.  

1. Pedro Enrike (PAOK-dan "Qarabağ"a) - 3.000.000
2. Tarik Elyunussi ("Olimpiakos"dan "Qarabağ"a) - 1.500.000
3. Anton Kanibolotski ("Şaxtyor"dan "Qarabağ"a) - 1.000.000
4. Vild-Donald Gerye ("Alanyaspor"dan "Qarabağ"a) - 800.000
5. Yakub Jezniçak ("Legiya"dan "Qarabağ"a) - 700.000
6. Stiven Jozef-Monroz ("Brest"dən "Qəbələ"yə) - 700.000
7. Dion Malone ("Den Haaq"dan "Qəbələ"yə) - 700.000
8. Deyv Bultuis ("Nürnberq" "Qəbələ"yə) - 700.000
9. Jozef Bum ("Qaziantep BB"dən "Zirə"yə) - 600.000
10. Ramil Şeydayev ("Trabzonspor" "Qarabağ"a) - 500.000
11. Endi Hallidey ("Reyncers"də "Qəbələ"yə) - 500.000
12. Famussa Kone ("Göztəpə"dən "Qəbələ"yə) - 500.000



Xəbərin oxunma sayı : 343




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap