Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bulaq suyundan danışan deputatdan açıqlama: “Mən yezid ola bilmərəm”

Tarix 14.03.19, 16:27

Font ölçüsü : - / +
bitmap-img6


“Bulaq suyuna hər hansı formada qadağa qoyulmasını deməmişəm. 

Qanunun müzakirəsi zamanı deputatlar öz fikirlərini ortaya qoymalıdır. Mən də çıxışım zamanı şirin suların qorunması barədə danışmışam”.

Bunu  YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin dünənki  iclasında “əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz” fikirlərini şərh edərkən deyib. Deputat bildirib ki, heç vaxt bulağa qadağa qoymaq düşüncəsində olmayıb:

“Suya qadağanı  qoyan  yezid olub. Min illərdir ki, onu söyürlər. Mən o düşüncənin sahibi ola bilmərəm. Kənd mühitində böyüyən biri kimi bulaqlardan necə istifadə edilməsini çox yaxşı bilirəm. “Bulağa qadağa qoyaq” sözü heç vaxt beynimdə ola bilməz. Biz hüquqi normativ aktlar qəbul edirik. Normativ akt hüquqi sənəddir. Qanun müzakirəsi zamanı fikirlərimizi ortaya qoyuruq. Meşələrimizi su hövzələrimizi qoruyuruqsa, bulaqlarımızı da qoruyaq. Su bulaqdan yaranır və ən birinci mənbəyi bulaqdan başlayır. Bulaqlarımızdan istifadə qaydaları, dərələr vasitəsilə tənzimlənməsi çox önəmlidir”.  

Aydın Hüseynov bulaq suyundan istifadə qaydalarını  da açıqlayıb:  “Şirin sular bulaqdan yaranır. Bulaqlardan düzgün istifadə edilməsi barədə fikirlərimi bildirmişəm. Bulaq suyundan istifadə edərkən onun dərə ilə axmasına şərait yaratmalıyıq. Bulaq suyu bir daşın, ağacın altından çıxıb dərələr vasitəsilə axır və çaylara qovuşur. Bulaq öz mənbəyindən başqa səmtə götürüləndə dərələr quruyur. Su dərələr vasitəsilə axmalıdır ki, çaylara qovuşa bilsin. Dərələr çayların mənbəyidir. Çaylar dərələrdən yaranır”.

Deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında dünənki çıxışı sosial şəbəkələrdə qınağa tuş gəlib. “Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”, -deyə o, bildirmişdi.

Modern.az 





Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap