Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bulvarda qadın polislər xidmətə başladı – FOTO

Tarix 02.10.17, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Dənizkənarı Milli Parkda qadın polislər xidmət edəcək.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri – Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.

Bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar. Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.

Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması, milli qanunvericilikdən, nazirliyin müvafiq əmr və göstərişlərindən, digər normativ-hüqüqi aktardan irəli gələn vəzifələrin icrası, vətəndaş-polis münasibətlərinin daha da təkmilləşdirilməsi, həmçinin gender balansının gözlənilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdəndir. Yeri gəlmişkən hazırda daxili işlər orqanlarında 3300 qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər.

Qadın əməkdaşlar kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirir, öz fədakarlıqlarını əsirgəmirlər.



Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap