Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Buna görə əli cibində atəş açırmış - Özü açıqladı

Tarix 02.08.24, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Fransada keçirilən Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalına yüksələrək gümüş medal qazanan Türkiyəli idmançı Yusif Dikeçi qazandığı uğurun sirrini paylaşıb.

AzFakt.com oxu.az-a istinadən bildirir ki, 51 yaşlı türkiyəli idmançı "Radyo Gol" saytına mövzu ilə bağlı açıqlamasında söyləyib ki, o, hər iki gözü ilə sərrast atəş açmağı bacarır.

"Mən hər iki gözlə atəş açıram, əksər atıcılar bunu bir gözlə edir. İki gözlə atəş açmaq, məncə, daha yaxşıdır. Bunun üzərində çox araşdırma aparmışam, ona görə də avadanlığa ehtiyacım yox idi", - deyə o bildirib.

Yusif Dikeçi əli cibində atəş açmağına da toxunub.

 "Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur. Mən bu zaman daha motivasiyalı oluram və özümü daha rahat hiss edirəm. Əslində bu, bədənin tarazlığını təmin etmək və diqqətimi cəmləşdirmək üçündür", - deyə Yusif Dikeçi açıqlamasında vurğulayıb.



Xəbərin oxunma sayı : 1369




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap