Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Buzovna bələdiyyə sədri ilə bağlı yeni iddialar

Tarix 28.05.17, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Redaksiyamıza Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55-də yaşayan Əliyev Ağasadıx İbrahim oğlunun Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir: 
«Hörmətli cənab Baş Prokuror!
Məlumat üçün bildirirəm ki, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev Mətanət Əkbərovanın bizə alıb verəcəyi torpaq kompensasiyasından məlumatı var idi. Dəfələrlə Mətləb Əliyev bu işlə əlaqədar bizi bələdiyyəyə çağırıb, evimizdə olub və söz vermişdi ki, pulumuzun işçisi Mətanət Əkbərovadan alınıb bizə verilməsinə kömək edəcək. Hətta Mətləb Əliyev bir gün bizi bələdiyyəyə dəvət edib Mətanət Əkbərova ilə üzləşdirdi. Sonralar Mətləb Əliyev evimizə gələndə həmin üzləşmənin səs yazısını bizə verdi və dedi ki, bunu özü yazıb, lazım olsa müstəntiqə sübut kimi təqdim etmək olar. Biz həmin səs yazısını da müstəntiq Kamran Zülfüqarova təqdim etdik. Əvvəlcə müstəntiq səs yazısını sübut kimi qəbul etdi. Lakin sonra həmin səs yazısını Mətanət Əkbərovanın ziyanına olduğu üçün iş materiallarından çıxartdı və nəticədə bizim şikayətimiz təmin olunmadı. Mətanət Əkbərova isə azadlığa buraxıldı. Bələdiyyə sədri Mətləb Əliyev pulumuzun alınıb bizə verilməsinə söz versə də, heç bir köməklik göstərmədi. Biz Mətanət Əkbərovaya və bələdiyyə sədri Mətləb Əliyevə inanmışdıq. Lakin sonda aldandığımızı bildikdə, bu barədə Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinə və Xəzər rayon İcra Hakimiyyətinə Buzovna bələdiyyəsində baş verənlər barədə ərizə ilə müraciət etdik. Bundan narahat olan bələdiyyə sədri Mətləb Əliyev həmin bizim dövlət orqanlarına etdiyimiz müraciəti qeyri-qanuni əldə edərək mənimlə birlikdə həyat yoldaşım Quliyeva Firəngizi, Şücai Qızxanımı və Zeynalova Azadəni seçkili orqan və vəzifə olan Buzovna bələdiyyəsinin sədri kimi işgüzar nüfuzunun, həmçinin şərəf və ləyaqətin müdafiəsi barədə həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, ona vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Bizdən ümumilikdə 400 min manat təzminat istəyir. 
Xüsusi olaraq bildirirəm ki, bələdiyyə sədri Mətləb Əliyev həmin müraciətləri qeyri-qanuni yolla əldə edib. Vətəndaşın dövlət orqanına etdiyi müraciət məhkəmədə sübut kimi istifadə oluna bilməz. 
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Hüquqi dövlətdə qanunun aliliyi prinsipi var. Yəni qanun hər şeydən üstündür. Biz də Azərbaycan vətəndaşlarıyıq və bizim də Konstitusiya ilə qorunan hüquqlarımız var. Həmin hüquqlardan biri də müraciət etmək hüququdur. 
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müraciət etmək hüququ müəyyən olunub. Həmin maddənin birinci bəndində qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. 
Konstitusiyada təsbit olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikası “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1-ci maddəsində qeyd olunub: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhimlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”.
Biz müraciətimizdə Buzovna bələdiyyəsində qanunsuzluq, savadsızlıq, özbasnalıq hökm sürürməsindən, Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevdən və onun 2016-cı ilin mart ayına kimi işçisi olmuş, bir neçə dəfə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Mətanət Əkbərovanın fəaliyyətindən şikayət etmişik. Lakin Mətləb Əliyev bildirir ki onun Mətanət Əkbərovanın işlərindən, dələduzluq edərək vətəndaşları aldatmasından xəbəri olmayıb. Guya biz ona böhtan atırıq ki, Mətanət Əkbərovanın əməllərindən xəbəri olub.
Həmin iddia ilə başlanan məhkəmə prosesində hakim Rəşad Həsənov bizdən soruşdu ki, nə üçün Mətləb Əliyevdən və Mətanət Əkbərovadan şikayət edirik? Biz də başımıza gələnləri, Mətanət Əkbərovanın bizi necə aldatmasını və Mətləb Əliyevin bələdiyyə sədri və bir hacı kimi Qurana and içərək bizə kömək edəcəyini hakimə danışdıq. Bundan sonra hakim bildirdi ki, «Mətanət Əkbərova barəsində Xəzər rayon Məhkəməsində (İş № 1(003)-55/2017) saylı sonuncu cinayət işinin materiallarında Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi var. Həmin mülki iş üzrə sizin mübahisə etdiyiniz torpaq sahələri üzrə digər vətəndaşlara pul ödənilib. Siz də Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib pulunuzu alın». Və həmin qətnamənin surətini (mülki iş №2(006)-2911/2014) və cinayət (cinayət işi № 1(003)-55/2017) işindəki bizə maraqlı olan sənədlərin və ifadələrin surətini verdi. 
Biz Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi ilə və işdəki materiallarla tanış olduqda çox təəscüb qaldıq. Nədən ki, Mətanət Əkbərovanın və bələdiyyə sədri Mətləb Əliyevin bütün əməlləri həmin sənədlərdə sübut olunur. Belə ki, Mətanət Əkbərova Xəzər rayon Məhkəməsindən bizim “Azəryolservis”ə qarşı iddia ərizələrimizi aldıqdan sonra bizdən xəbərsiz həmin iddia ilə, lakin tamamilə başqa şəxslərin adından Nəsimi rayon Məhkəməsinə torpaq sahəsinin əvəzinin ödənilməsi tələbi ilə müraciət edib. Həmin qətnamə üzrə 13 nəfər iddiaçını araşıdırdıqda gördük ki, məhkəməyə o şəxslər müraciət ediblər ki, onların yol çəkilişi ilə əlaqədar plana düşən torpaq sahələri olmayıb. Nəsimi rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilib. İddiaçıların sayı 13 nəfər olub. 
Həmin iddiaçıları araşdırdıqda isə məlum oldu ki, onlar Mətanət Əkbərovanın və bələdiyyə sədri Mətləb Əliyevin yaxın adamlarıdır. Həmin iddiaçıların adlarını təqdim edirəm:
1. Qəniyev Telman Qəni oğlu - bələdiyyə sədri Mətləb Əliyevin yeznəsidir. Bacısı Almazın həyat yoldaşı;
2. Zeynalov Hüseynbala Nail oğlu - bələdiyyə sədri Mətləb Əliyevin keçmiş sürücüsü. Pulu aldıqdan sonra işdən azad olunub;
3. Hüseynov İsrafil Rafiq oğlu - Buzovna bələdiyyəsinin üzvü və bələdiyyənin tabeliyində olan Buzovna qəbiristanlığının rəisi.
4. Əkbərova Xədicə Əkbər qızı - Mətanət Əkbərovanın doğma bacısı; 
5. İsmayılova İlahə Cavad qızı - Mətanət Əkbərovanın bacısı Əkbərova Xədicə ilə bir yerdə işləyir. Xədicənin rəfiqəsi;
6. Qasımov Nazim Cəbrayıl oğlu - Mətanət Əkbərovanın qeyri-rəsmi həyar yoldaşı və iki oğlunun atası;
7. Cəfərova Ərkinaz Paşa qızı - Mətanət Əkbərovanın yaxın rəfiqəsi;
8. Muradova Elnarə Nadir qızı - Mətanət Əkbərovanın tanışı;
9. İlyasov İzzət Məhəmməd oğlu - Mətanət Əkbərovanın tanışı;
10. Kurbatova Sonya Abdullayevna - Mətanət Əkbərovanın yaxın tanışı olub, bu yaxınlarda vəfat edib; 
11. Atakişiyev Əlihüseyn Ağabala oğlu - Mətanət Əkbərovanın tanışı, vəfat edib;
12. İsgəndərov Məhərrəm Mayis oğlu - Mətanət Əkbərovanın tanışı;
13. Ağakərimov Zakir Afres oğlu - Mətanət Əkbərovanın tanışı, vəfat edib.
Bir daha bildirmək istəyirəm ki, bu adları çəkilən şəxslərin mübahısəli ərazidə torpaqları olmayıb və onlar məhkəməyə saxta sənədlər təqdim ediblər. Onların arasında əsl torpaq sahiblərinin adları yoxdur. Əsl torpaq sahibləri kənarda qalıblar və bu günə qədər pullarını ala bilməyiblər. Buna sübut olaraq həmin cinayət işində (iş vərəqi səhifə 125) bələdiyyə sədri Mətləb Əliyevin istintaqa verdiyi rəsmi ifadəsi var. Bələdiyyə sədri həmin ifadəsində isə bildirir ki, yeznəsi Telman Qəniyevin plana düşən sahədə heç vaxt topaq sahəsi olmayıb. 
Sual olunur: əgər bələdiyyə sədri Mətləb Əliyevin yeznəsi Telman Qəniyevin plana düşən sahədə heç vaxt topaq sahəsi olmayıbsa, onda Nəsimi rayon Məhkəməsi ona 72 min manat veriməsi barədə necə qətnamə çıxarıb? Xəzər rayon Pİ-nin müstəntiqi Kamran Zülfüqarov niyə bu faktı araşdırmayıb?!»

(Davamı var)

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Tezadlar.az


BUZOVNA BƏLƏDİYYƏ SƏDRİNİN CİNAYƏTİ SÜBUT OLUNUR – 2-ci YAZI
BUZOVNA BƏLƏDİYYƏ SƏDRİNİN CİNAYƏTİ SÜBUT OLUNUR – 2-ci YAZI
BUZOVNA BƏLƏDİYYƏ SƏDRİNİN CİNAYƏTİ SÜBUT OLUNUR – 2-ci YAZI
BUZOVNA BƏLƏDİYYƏ SƏDRİNİN CİNAYƏTİ SÜBUT OLUNUR – 2-ci YAZI
BUZOVNA BƏLƏDİYYƏ SƏDRİNİN CİNAYƏTİ SÜBUT OLUNUR – 2-ci YAZI






Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap