Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cahangir Əsgərovun Federasiyası cərimələndi – 50 min dollar

Tarix 29.11.17, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Cahangir Əsgərovun rəhbəri olduğu Azəybaycan Ağır Atletika Federasiyası (AAAF) dopinqə görə 1 illik cəzalanıb. Bu səbəbdən də hakimlərlə idmançılar beynəlxalq yarışlardan və iclaslardan kənarda qalıb.

Bakı vaxtı ilə səhər saat 07:00-da Amerikada keçiriləcək dünya çempionatı öncəsi Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) növbəti konqresi keçirilib.

Konqresdə Azərbaycan daxil olmaqla 9 ölkənin dopinq cəzası müzakirə olunub.
Unikal.org-un məlumatına görə, 1 illik cəzanın 8 aya qədər azaldılması şansları dəyərləndirilib. Konqresin qərarına görə, əgər bu ölkələr IWF-yə 50 min dollar ödəyərsə cəza 1 ildən, 8 aya qədər azaldılacaq. 50 min dollar ödəniləcəyi təqdirdə yeniyetmə və gənclərin olimpiadasında iştirakı mümkün olacaq. Bildirək ki, bu yarışda Azərbaycan bir lisenziya qazanıb.

Konqresdə çəki dərəcələri ilə bağlı da qərar verilib. Qərara əsasən ümumilikdə 10 çəki dərəcəsi müəyyənləşdirilib. Olimpiya Oyunlarına isə 7 çəki dərəcəsində qatılmaq mümkün olacaq.

Qeyd edək ki, AAAF-ın baş katibi Rizvan Rəsulov Qazaxıstandakı konqresdən sonra cəzanın yüngülləşdirilməsi şansı ilə bağlı mətbuata fərqli məlumat vermişdi. O bildirmişdi ki, konqresdə İWF-nin qərarına əsasən əgər komandada yenidən dopinq çıxmazsa cəza 8 aya qədər azaldıla bilər.



Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap