Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - FOTOLAR

Tarix 24.05.22, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin aprel ayının 25-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi  Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 4 və Əliheydər Qarayev küçəsi 84C və 84F ünvanlarında yerləşən obyektin tikintisinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 332,3 kv. metr olan obyektin sifarişçisi “Gazelli Group” MMC-dir.

Məlumat üçün bildirək ki, “Gazelli Group” MMC-nin sahibi "Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Nizamnamə kapitalı 41 milyon 160 min manat olan “Gazelli Group” MMC 08.05.2009-cu tarixində dövlət qeydiyyatına alınıb.

Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir.  Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.



Onu da qeyd edək ki, son günlər mətbuatda ən çox müzakirə olunan mövzulardan biri AZAL-ın yığılmış zərərinin 1 milyard 763 milyon 916 min manata çatmasıdır. Eyni zamanda ötən gün məlum olub ki, Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” şirkətinin də borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib.





Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap