|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət
Tarix 01.12.16, 5:08 |
|
ABB-nin keçmiş rəhbəri özünün həbsindən sonra Mərkəzi Bankdan və Neft Fondundan Beynəlxalq Banka verilən milyardların hesabını sordu: “Haradadır həmin pullar?”
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı ictimaiyyətə müraciət edib. O, ittihamları cavablandırmaqla bərabər, ölkənin maliyyə sektorunda hazırda baş verən proseslərdə Maliyyə Nazirliyini ittiham edib. C.Hacıyevin vəkilləri vasitəsi ilə yaydığı müraciəti təqdim edirik:
Son günlər mətbuatda mənim ünvanıma böhtan və iftiraların yeni dalğası başlanıb. Böhtan və iftiranın icrası – dostlarına, əqidəsinə dönüklüyünə görə nankorluğun “simvoluna” çevrilənlərin adını belə çəkməyi özümə rəva görmürəm. Nankorluq, namərdliklə yaşayan insanlar həyatda yazıq insanlardır.
Lakin bu kampaniyanın sifarişçisi haqqında danışmaya bilmərəm, ona görə ki, bu şəxsi məsələ deyil.
Yazıların sifarişçisi heç bir maliyyə siyasəti olmayan, eləcə də heç iqtisadi – maliyyə təhsili olmayan maliyyə naziridir. Əgər nazirin maliyyə siyasəti olsaydı, milli valyutamız belə acınacaqlı duruma düşməzdi. Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir. Harada və nə vaxt belə yarıtmaz devalvasiya keçirilib, gəlin başqa ölkələrin təcrübəsinə baxaq: Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşmışdır. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrdə onların valyutaları devalvasiyadan sonra sabitləşmişdir.
Haradadır Maliyyə Nazirliyinin iqtisadi – təhlükəsizlik siyasəti? Milli valyutanın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanın müəllifi maliyyə naziri devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu təxribat deyilmi?
Vaxtı ilə Beynəlxalq maliyyə və bank sistemi ixtisası üzrə REA Akademiyasında Abalkinin rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun iqtisadiyyat üzrə namizədlik elmi dərəcəsini müdafiə etmişdim. Elmi rəhbərim akademik B.Sençaqov idi. O, iqtisadi təhlükəsizlik haqqında bir çox kitab və dərsliklərin, elmi məqalələrin müəllifidir. Hər bir ölkənin milli təhlükəsizliyinin əsasında iqtisadi təhlükəsizlik dayanır. Milli təhlükəsizliyin isə təsnifat tərkibi belədir: 1-ci maliyyə təhlükəsizliyi, 2-ci enerji təhlükəsizliyi, 3-cü müdafiə təhlükəsizliyi, 4-cü müdafiə sənayesi təhlükəsizliyi. Göründüyü kimi, Maliyyə təhlükəsziliyi birinci yerdə qərarlaşır. Əfsuslar olsun ki, maliyyə təhlükəsizliyinə cavabdeh olan Maliyyə Nazirliyinin bu təhlükəsizliyi təmin etmək barədə heç bir təsəvvürü yoxdur.
Qəribədir ki, milli valyutanın hər bir devalvasiya mərhələsində mənim var-dövlətim haqqında şou məlumatlar başlanır, cinayət işləri start götürür və s.
Başqa bir qəribəlik ondan ibarətdir ki, iki ildir istintaq gedir, məhkəmə prosesinin birinci mərhələsi başa çatıb. Ancaq Londondakı lordlar məhəlləsindəki bahalı malikanələrim, təyyarələrim, offşor zonalarındakı pullarım haqqındakı şaiyələr şaiyə olaraq qalmaqdadır. Real aləmdə bunları tapan və görən yoxdur.
2015-ci ilin fevral ayında maliyyə nazirinin təklifi ilə manatın ilk devalvasiyası keçirilir. Devalvasiyanın miqyası, ölçüsü, bankların və əhalinin buna hazırlanmaması bank sektorunu çökdürür, insanlara ağır təsir edir. Həmin devalvasiyada Azərbaycan Beynəlxalq Bankı (ABB) kapitalının ən azı 20-25 faizini (130-150 mln AZN) itirə bilərdi. Lakin ABB menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat olur. Hər halda ağır itkinin qarşısını ala bildik, 7 milyon manat qaçılmaz itki isə səriştəsiz devalvasiyanın qurbanına çevrilir. Halbuki, bu zərəri də mənə aid edirlər.
2015-ci ilin mart ayında mən istefa ərizəsi yazaraq bankın rəhbərliyindən uzaqlaşıram. Maliyyə Nazirliyi və ABB-nin yeni rəhbərliyi bankda külli miqdarda kredit qalmaqalı ilə bağlı yazıları təhrif edilmiş formada mətbuata çıxarır, BMCMİ-də cinayət işi başlanır, çoxlu sahibkarlar həbs edilir, minlərlə vətəndaşa ölkəni tərk etmək qadağası qoyulur, minlərlə iş yerləri bağlanır, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr iflic olur, bankın və layihələrin idarəçiliyində xaos yaranır və kreditlərin ödənilməsi dayanır. Nəticədə bankların yaranan zərərlərini hazırda mənə aid edirlər.
Beləliklə, hər devalvasiya vaxtı yaranan zərərlər mənim ünvanıma aid edilir. Rəqəmlərdə silsilə artım davam edir 1 milyard manat, sonra 3 milyard, 6 milyard manat, indi də 10-20 milyard manat nağılı işə düşüb. Gəlin xronologiyaya baxaq:
Birinci devalvasiya 2015-ci il fevral ayının 21-də baş venrib. ABB menecmentinin tədbirləri nəticəsində bank kapitalını qoruyur, dayanıqlığını təmin edir. 2015-ci ilin mart ayında maliyyə naziri tərəfindən dövlət başçısına ABB-də kredit və kapital itkiləri barədə yanlış məlumat verilir, bankın rəhbəri istefa verir, mətbuatda 1-3 milyard manat pul itkisi haqqında məlumatlar yer alır, BMCMİ-də cinayət işi qaldırılır, yüzlərlə sahibkar, bank işçiləri həbs edilir, minlərlə vətəndaşın ölkədən çıxışına məhdudiyyətlər qoyulur, minlərlə iş yeri bağlanır, layihələr, kredit ödəmələri dayanır, bank real zərərlə üz-üzə qalır. Həmin zərərlər də mənə aid edilir.
2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır.
Hazırda hər gün manatın ucuzlaşması davam edir. Devalvasiyanın üçüncü dalğası qaçılmazdır, mətbuatda yenidən kredit itkilərinin rəqəmləri 10-20 milyarda qaldırılır. Mənə yeni ittiham verilir. Bu lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!
Yenə də şaiyələrə cavab olaraq bildirirəm ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilmişdir. Bu da manatın məzənnəsinə və infilyasiyaya heç bir təzyiq edə bilməzdi. Manata və infilyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir.
Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb, məgər bunun da günahkarı mənəm? Əhalinin banklardakı əmanətlərini çox hissəsi batıb, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatışmazlığından Mərkəzi Bankdan 500 milyon manat götürmək məcburiyyətində qalıb. Məgər bunun da günahkarı mənəm?
ABB özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf olunur? Məgər bunun da günahkarı mənəm!?
Ölkəyə valyuta daxil olmalarnın yolları əsasən üç istiqamətdən ibarətdir: Neft və qaz satışından daxil olan valyuta, qeyri-neft sektorunun fəailiyyətindən daxil olan valyuta və xarici banklardan valyuta cəlb olunmaları. Vaxtilə ABB ölkəyə xarici banklardan valyuta cəlb olunmalarını təmin edir, manata olan təzyiqi azaldır, valyuta bazarını tənzimləyirdi. Hazırda ABB həmin funksiyanı itirib, çünki yarıtmaz devalvasiyanın ağır təsiri, bankların kütləvi bağlanması, banklar arasında rəqabətin olmaması, bank sektorundakı mencmentlərin işdən çıxarılması və ya kütləvi həbsi, xarici bankların Beynəlxalq Banka və maliyyə strukturlarına ehtimad indeksini sıfıra endirmişdir. Ona görə də xarici banklardan ölkəyə valyuta axını dayanmışdır. Bunun günahkarı məgər mənəm?!
Yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb. Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər. Məgər bunun da günahkarı mənəm?
Qeyri-neft sektorunun inkişafı ABB-nin həmişə prioritet istiqaməti olub. ABB-nin investisiyaları hesabına xeyli kənd təsərrüfatı obyektləri yaradılıb və hazırda ölkəyə xidmət edirlər. Hərçənd hazırda bu obyektlərdən danışarkən ABB-nin adını unudurlar.
Bu uğurlar çox ola bilərdi, təkcə bir faktı deyim ki, 10 il bundan əvvəl baramaçılığın inkişafi haqqında ABB-nin tərtib etdiyi dövlət proqramı Nazirlər Kabinetində illərdir hərəkətsiz qalır.
Ümumiyyətlə, ABB və mənim haqqımda həqiqət yox, şaiyələr gəzir. İstintaqda və məhkəmədə həqiqəti aşkar etmək üçün göstərdiyimiz cəhdlər heç bir nəticə vermir. Ona görə də ictimayyətə müraciət edirəm, gəlin, nəhayət ki, səmimi olaq, məgər bütün bunlarda mənəmmi günahkar?
Və nəhayət, mən şaiyələrə rəqəmlərlə cavab vermək istəyirəm. Beynəlxalq Bankda işlədiyim dövrlərdə bank hər ili xalis gəlirlə başa vurub. 2014-cu ilin hesabatına görə Beynəlxalq Bankın xalis gəliri 40 milyon manat olub.
Gəlin indiki vəziyyətə baxaq: 2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.
Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiyaları dəyişdirildi, nəticədə layihələr iflic oldu. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Haradadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstəridiyim külli miqdarda vəsaiti nəğd formada almasına baxmayaraq ili xalis zərərlə başa vurur. Axı rəqəmləri inkar etmək olmaz. Bir məşhur siyasətçinin belə bir ifadəsi var: Bir şəxsi həmişə aldatmaq olar, bir neçə şəxsi müəyyən vaxta qədər aldatmaq olar, hamını həmişə aldatmaq olmaz… Ona görə gəlin səmimi olaq, həmin suallar haqqında birlikdə düşünək./Basta.info/
Xəbərin oxunma sayı : 7651
Gündəm
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV