![]() |
|














Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma – Bu, bir film ssenarisidir...
Tarix 31.07.19, 13:30 |
|

Amerikanın maliyyə media nəhəngi olan “Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun arvadı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasion məqalə dərc edib.
Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, arvadı Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxıb.
“2003-cü ildən 2015-ci ilə qədər Hacıyevlər Böyük Britaniyada tam bir varidat xərcləyiblər, - “Bloomberg” özünün uzun-uzadı hekayəsinə belə başlayır. – Onlar Londonun təmtəraqlı Naytsbric rayonundakı malikanəyə 11,5 milyon funt xərcləyiblər və daha 10,5 milyon funta məşhur Askot cıdırının yaxınlığındakı qolf meydançasını və klubunu alıblar. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi əldə ediblər. Bundan başqa, 35 kredit kartının sahibi Zamirə Londonun ən məşhur univermağı olan “Harrods”da pullarını sağa-sola səpələyib. Yalnız bir həftə ərzində o, burada zərgərlik məmulatlarına, dizayner paltarlarına və digər mallara 725 min funt xərcləyib.
Eyni zamanda, 2008-ci ildə onun ərinin Azərbaycan Beynəlxalq Bankındakı maaşı illik cəmi 70 min 650 dollar təşkil edib, Zamirənin özünün isə ciddi gəlir mənbəyi olmayıb.
Lakin xərclərlə gəlirlər arasında bu cür nəhəng fərqə baxmayaraq, bir sıra vasitəçilər – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislər – cütlüyə varidatlarını və aktivlərini Böyük Britaniyaya köçürməkdə kömək ediblər”.
Daha sonra “Bloomberg” Cahangir Hacıyevə pulları Azərbaycandan yumaqda yardımçı olmuş şirkətlərin adlarını açıqlayır. “Bunların arasında fidusiar xidmətlər təqdim edən “Trident Trust” və multiailə ofisi adlandırılan “WernerCapital” var. Onlar Normand adalarında və Böyük Britaniyada hüquqi şəxslər yaradaraq, qolf-klubun alınmasına dəstək veriblər. Bunu NCA (Cinayətkarlıq mübarizə üzrə milli agentlik) bildirib.
Londonda yerləşən “Werner Capital” ultravarlı müştərilərə xidmət göstərən hibrid investisiya şirkətlərindən biridir. Adətən, risklər çox yüksək olduğundan, banklar belə müştərilərlə işləməkdən imtina edirlər. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc”nin keçmiş başçısı Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” bir çox xidmət növləri təklif edir – ailələrə malikanələrin alınmasında yardımdan tutmuş, vizaların alınmasına və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə daxil olmalarına qədər.
Zamirə Hacıyevanın işi üzündən bu şirkət NCA-in diqqət mərkəzinə düşüb və burada belə hesab edirlər ki, London bütün dünyadan çirkli pulları özünə cəlb edir, buna görə də, pulların yuyulması ilə mübarizəyə başlayıblar”.
Gizlilik haqqına istinad edərək, Tomas Verner firmasının Hacıyevlər cütlüyü ilə münasibətlərini şərh etməkdən imtina edib. O yalnız qeyd edib ki, şirkətinin Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsi ilə heç vaxt problemləri olmayıb və NCA tərəfindən şübhələr üçün heç bir əsas yoxdur.
“Trident Trust”ın Londondakı və Hernsi adasındakı ofisləri, Zamirə Hacıyevanın vəkilləri kimi, “Bloomberg”in sorğularına cavab verməyiblər. Amerika KİV-i xatırladır ki, Cahangir Hacıyev Londonda ilk daşınmaz əmlakını 2003-cü ildə əldə edib.
“O, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkət vasitəsilə 2,5 milyon funt sterlinqə Naytsbricdə ev alıb. Halbuki, o vaxt onun maaşı 36 min dollardan da az idi.
Hacıyevlərin ikinci mülkü Belqreyviya adlı elit rayonda qiyməti 3,2 milyon funt olan mənzil olub. 2006-cı ildə Zamirə Hacıyeva “Harrods” univermağının loyallıq proqramına qoşulub və sonrakı 90 gün ərzində orada “Louis Vuitton” və digər firmaların mallarına 15 min funtdan çox pul xərcləyib.
2009-cu ilin dekabrında Cahangir Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vicksburg Global” adlı şirkətdən istifadə edərək, Naytsbricdəki iqamətgahını taunhausa (ayrı-ayrı girişləri olan bir neçə çoxmərtəbəli mənzilli ev – red.) çevirib. İsveçrədəki özəl “Barclays” bank şöbəsi Hacıyevə evin alışı üçün 7,5 milyon funt sterlinq məbləğində ipoteka krediti təqdim edib və bu kredit bir neçə ildən sonra tamamilə qapanıb. Sənədləşdirmə ilə “Mishcon de Reya LLP.” şirkəti məşğul olub.
2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin hesabata görə, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib ki, bu məbləğə digər İsveçrə bankı olan “Bordier&Cie”də qorunan 4,5 milyon və Azərbaycanda iki iqamətgah, Sardiniyada 15 milyon dollarlıq villa daxil edilib.
Eyni zamanda, siyahıda Londonun cənub-qərbində yerləşən Sent-Corces-Hill adlı nüfuzlu yaşayış məntəqəsində Uorreners adı altında 1,5 akrlıq (1 akr = 0,405 hektar) torpaq sahəsi olub. Bunun qiyməti 3,7 milyon funtdur”.
2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb bir sövdələşməni həyata keçirməyə kömək edib – Berkşirin kənd yerində, yaşıllıq ərazidə yerləşən, 170 akr ərazisi olan “Mill Ride & Country Club” qolf-klubunun alışı.
“Bu məqsədlə “MRGC 2013” və “NaturaLtd.” şirkətləri yaradılıb ki, bunlar sənədlərə əsasən, Hernsidə yerləşirlər. Öz növbəsində “Natura” şirkəti “Western House Nominees” adlı hüquqi şəxsə məxsusdur, - “Bloomberg” davam edir. – Bunlar hamısı isə “Trident Trust” şirkətinin hissələri olub. Elə həmin ilin sentyabr ayının 9-da “Natura” qolf-klubu 10,5 milyon funt sterlinqə alıb.
2016-cı ildə Cahangir Hacıyev həbs edildikdən sonra Zamirə “Christie`s” hərrac evi vasitəsilə özünə aid “Cartier”, “Boucheron” və “Van Cleef &Arpels” kolleksiyalarından olan zinət əşyalarını satmağa başlayıb. 2016-cı ilin iyun ayına qədər o, 1,5 milyon funt toplayıb.
2016-cı ilin aprelində Böyük Britaniyada yerli şirkətləri sxemə neçə vasitəçi şirkətin daxil olmasından asılı olmayaraq, son sahibkarlar barədə informasiyanı publik açıqlamağa məcbur edən qanun qəbul edilib.
Elə həmin il “MRGC 2013” şirkəti 6 səhifəlik sənəd təqdim edib ki, həmin sənədə görə, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin azı 75 faizinə nəzarət edir. Lakin qanun qüvvəyə mindiyi gün Zamirəni Kiprdə yerləşən hüquq firmasının başçısı Andreas Georgiu əvəz edib”.
2017-ci ildə Hacıyevlərin adından “Mill Ride” qolf klubunun sahibi olan “Natura” şirkəti Londonun “Savills” firmasından daşınmaz əmlakı 14,5 milyon funta satmağı xahiş edib. Lakin kompleks yoxlama aparıldıqdan sonra “Savills” bu işlə məşğul olmaqdan imtina edib.
Ötən ilin payızında Zamirə Hacıyevanın qızı Leyla Mahmudova “Christie`s”ə zərgərlik məmulatlarının növbəti partiyasının qiymətləndirilməsi xahişi ilə müraciət edib. “Boucheron” markalı sapfir boyunbağı 100 min funt, “Van Cleef&Arpels” markalı mirvari boyunbağı 20 min funt həcmində qiymətləndirilib. Bu məbləğ onun ilkin qiymətindən (250 min funt) xeyli aşağıdır.
Cahangir həmin boyunbağını 10 il əvvəl İsveçrədən almışdı. NCA zinət əşyalarını müsadirə edib. “Christie`s”, Leyla Mahmudovanın vəkili kimi, şərh verməkdən boyun qaçırıb.
“Lakin Zamirə Hacıyevanı daha çox Azərbaycana ekstradisiya olunması ehtimalı qorxudur ki, burada onu ərinin aqibəti gözləyir. İyun ayında məhkəmə iclasının gedişində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanı pulların yuyulmasında ittiham edərək, onu mütəşəkkil cinayətkar qrupun üzvü adlandırıb. Zamirə məhkəmənin qərarını Naytsbricdəki evində gözləyir”, - Amerika KİV-i məqaləsini yekunlaşdırır.
Xatırladaq ki, Zamirə Hacıyeva Böyük Britaniyada pulların yuyulmasına qarşı yeni qanunun tətbiq edildiyi ilk əcnəbi olub. O, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) tərəfindən qanunsuz əldə olunmuş vəsaitlərin leqallaşdırıklması ilə mübariqə üzrə qanun çərçivəsində həbs olunub.
Z.Hacıyeveya qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb və o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq məbləğidə zamin müqabilində azadlığa buraxıblar. Hacıyevlərin Londondakı əmlaklarına həbs qoyulub.
Virtualaz.org
Xəbərin oxunma sayı : 616
Gündəm
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV