Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…

Tarix 09.07.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı yeni maraqlı məlumatlar yayılıb.

AzFakt.com xəbər verir ki, "AzPolitika.info”nun məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq bank prezidentinin xaricdə bəzi maliyyə əməliyyatlarını həyata keçirdiyi şirkətlə bağlı sənədləri əldə edib. Söhbət Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətindən   gedir.

Jurnalistin yaydığı sənədlərdən belə məlum olur ki, Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün "Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq "Gulfstream G550″ təyyarəsini bu şirkət üzərindən sifariş edib.


"Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir.
Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb”-deyə jurnalist yazıb.

1562668845_2010-gulfstream-g550-5299-32-1501872755

Müəllif sənədlərə istinadən yazır ki, "Gulfstream G550″ təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub:
"Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğdir. Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb. Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir.

xeqa

2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib”.
"Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır. Yəni dəyirman öz işindədir… Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar” - C.Həsənli yazıb. 

.






















Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap