Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cahangir Hacıyevin xanımı 334 minlik daş-qaş aldı – İngiltərə qarışdı

Tarix 30.07.18, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Lüks mülk, yaxşı şərab və xüsusi təyyarəsinin də daxil olduğu bir həyat tərzi sürən, lakin müəyyən səbəblərdən adı çəkilməyən bankirin həyat yolddaşı bir gün ərzində daş-qaş üçün 150 min funt-sterlinq (334 min AZN) xərclədiyi üçün Birləşmiş Krallıq Milli Cinayət Agentliyi tərəfindən məhkəmə işinə cəlb edilib.

Financial Times nəşri bildirir ki, iyulun 27-də London Ali Məhkəməsində xərcləmənin detalları ilə bağlı keçirilən dinləmədə MCA qadından 22 milyon funt-sterlinq (49 mln AZN) dəyərində olan əmlaka necə sahib olmasına aydınlıq verməsini tələb edib.

Kimliyi açıqlanmasa da, İnsider.az-ın əldə etdiyi məlumata əsasən, məhkəmə işinə cəlb olunan qadın Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.

MCA təsdiqləyib ki , xanım A kimi təqdim olunan qadının həyat yoldaşı öz şəhərlərində dövlət bankında işlədiyi vaxtda pul mənimsəyib və qadın həmin pul hesabına özünə əmlak alıb. Avropa İqtisadi Zonasından kənarda yerləşən şəhərin də adı da qeyd edilməyib. MCA tərəfindən xanım A-ya qarşı aparılan İzahedilməyən Sərvət Hökmü (İSH) 50 min funt sterlinqdən çox aktivləri olan şəxslərə qarşı götürülən ölçüdür. Qeyd edək ki, İSH gəlirlərinin az olduğu halda bu qədər sərvətə necə sahib olduqlarını açıqlamalarını tələb edir.

Həmçinin bu hökm Birləşmiş Krallıqda və xaricdə ciddi kriminal fəaliyyətdə şübhəli bilinən şəxslərə, siyasətçilər, mülki qulluqçular, onların ailə üzvləri və ya onlara yaxın adamlara qarşı tətbiq edilə bilər.

Xanım A bildirir ki, həyat yoldaşı dövlət işçisi olmayıb və əldə etdikləri sərvət ona kommersiya bankının əməkdaşı kimi leqal yolla gəlib.

Qeyd edək ki, hakim sonda öz hökmünü açıqlayacaq.

Məhkəmə xanım A-nın 16.3 milyon funt (36 mln AZN) da daxil olmaqla Naytbricdəki Harrods mağazasında olan nəhəng xərcləmələri barədə dinləmələr aparıb.

Bir neçə il öncə cənab A varlı investorlar üçün olan vizaya müraciət edib. Xanım A-nın vəkili Ceyms Levis bununla bağlı deyib ki, cənab A mülki qulluqçu deyil: “Onların böyük imkanı olub və Davosa səfər ediblər… Bunlar hamısı kommersiya fəaliyyətinin tərkib hissəsidir. Xanım A-nın xərcləri göstərir ki, onun əhəmiyyətli dərəcədə pulu olub və həmin pulu heç bir cinayət üçün sərf etməyib”.

Financial Times qeyd edib ki, cənab A kütləvi aldatma hallarına görə həbs edilib. Məsələyə münasibət bidlirən vəkil isə deyib ki, bu ədalətsiz qərardır.

Xanım A sahib olduğu sərvətə görə pul yuyulmasında şübhəli bilinə bilər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri C. Hacıyev və daha 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunmuşdu. 2016-cı il otyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində C.Hacıyev qeyd edilən maddələr üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda hökmə əsasən Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min dollarlıq qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri Cahangir Hacıyev yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunmuşdu. Məhkəmə həmçinin Cahangir Hacıyevdən banka dəymiş zərərin ödənilməsi ilə də bağlı qərar çıxarmışdı. Sabiq bankirə banka qaytarılmayan kreditlərə görə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub və bu məqsədlə ondan 63 milyon 800 min tutulmasına qərar verilib.




Xəbərin oxunma sayı : 2065




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap