Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Canlı yayımda zəlzələ qurbanlarına 51 milyon yığıldı - Nazirlər də yardım etdi

Tarix 27.01.20, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


TV8 və "Acun Medya”nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görən vətəndaşlara yardım kampaniyasına start verib.

AzFakt.com "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Tək Ürək” adlı proqram 5 saat davam edib və 51 milyon TL-dən (14 milyon 575 min 800 AZN) çox pul yığılıb. Acun sözügedən məbləğə TV 8-in 26 yanvar tarixində qazanılan reklam gəlirlərinin də əlavə olunacağını açıqlayıb. Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar.


Xarici İşlər naziri Mövlud Çavuşoğlu da canlı yayıma bağlanaraq kampaniyaya qoşulduğunu qeyd edib: "Simvolik də olsa bir aylıq maaşım 26 min TL-ni (7430 AZN) bağışlayıram. Həmçinin xanımım Hülya da öz maaşını zərərçəkənlərə verir”.

Bundan əlavə proqrama iki dəfə bağlanan Daxili İşlər naziri Süleyman Soylu da Acun Ilıcalı və komandasına təşəkkür edərək bir aylıq maaşı olan 20 min TL-ni (5716 AZN) bağışlayıb: "Hörmətli Prezidentimizlə danışdım. Proqram barədə məlumat verdim. Çox xoşbəxt oldu və hər kəsi təbrik etdi”. 

Ən böyük bəxşişi isə "Kazancı Holding”in rəhbəri Cemil Kazancı verib. O, vətəndaşlara 2 milyon lirə (571 min 600 AZN) miqdarında kömək edib.








Xəbərin oxunma sayı : 667




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap