Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Casus proqramı satan şirkətin ofisində əməliyyat - İsrail Müdafiə Nazirliyi hərəkətə keçdi

Tarix 30.07.21, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin xüsusi xidmətləri NSO Group şirkətinin ofislərində axtarış aparıblar. Bu şirkətin istehsalı olan "Pegasus" proqramından istifadə edilərək minlərlə siyasətçi, biznesmen və jurnalistin mobil telefonları dinlənib. Bu barədə məlumatı İsralin Müdafiə Nazirliyi yayıb.

Bundan əvvəl bu ayın əvvəllərində Forbidden Stories təşkilatı və bir neçə media qurumu İsrail şirkətinin proqramından istifadə ilə hətta Fransa prezidenti Emmanuel Makron da daxil bir neçə dövlət başçısının telefonlarının izləndiyini xəbər vermişdi.

NSO Group ofislərində axtarış keçirilməsi barədə xəbəri təsdiq edib və bildirib ki, bu yoxlamanı alqışlayır. Bununla belə şirkət onun "Pegasus" casus proqramından jurnalist və siyasətçilərin izlənməsi üçün istifadə edildiyinə dair iddiaları rədd edib. Şirkət bildirib ki, onun proqramı terrorçular və kriminallara qarşı mübarizə üçün nəzərdə tutulub.

İsrailin "Calcalist" qəzeti mənbələrə istinadən yazır ki, NSO Group şirkətinə ona qarşı istintaq hərəkətlərinə başlanmasına dair əvvəlcədən xəbərdarlıq edilib. Qəzet iddia edir ki, sənədlərin yoxlanması da lazımi qaydada keçirilməyib və şirkətin ofislərində reyd və ya axtarış yox, sadəcə şirkət rəhbərliyi ilə hüquq-mühafizə nümayəndələri arasında görüş olub.

Jurnalistlər qeyd edirlər ki, İsralin Müdafiə Nazirliyi NSO Group şirkətinin işləməsində maraqlıdır və əvvəllər artıq bir neçə dəfə şirkəti məhkəmə iddialarından himayə edib. Bu da qeyd olunur ki, bundan bir gün əvvəl İsrailin müdafiə naziri Beni Qantz Fransaya səfərindən əvvəl "Pegasus" proqramı barədə təhqiqat aparılacağını vəd etmişdi.

"Pegasus" proqramı məxfi olaraq mobil telefonlara müdaxilə edə, elektron məktubları, zəng və SMS-ləri izləyə bilir. Bəzi hallarda bu proqram kənardan smartfonların mikrorofonlarını açmaq qabiliyyətinə malikdir. Bu proqramdan qətlə yetirilmiş səudiyyəli şərhçi Camal Xaşoqqiyə yaxın adamların smartfonlarına müdaxilə üçün istifadə edildiyi deyilir.

Telefonlarına bu yolla casus müdaxiləsi edilmiş jurnalistlərin arasında "CNN, Associated Press", "Voice of America", "New York Times", "Wall Street Journal", "Bloomberg News", "Le Monde", "Financial Times"və "Al Jazeera" kimi media təşkilatlarının müxbirləri var.

Telefonlarına müdaxilə edilmiş 65 biznesmen, 85 insan haqları müdafiəçisi və 600-dən çox siyasətçinin olduğu məlumdur.

"The Guardian" yazır ki, bu siyahılarda adları olanların heç də hamısının telefonları izlənməyib, amma siyahının özü İsraildən belə casus avadanlığı almış hökumətlərin marağında olan şəxslərin kimliyinə işıq salır. ("azadlıq. org")



Xəbərin oxunma sayı : 955




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap