|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
Tarix 17.04.24, 11:06 |
|
Şirkət 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib
Hesablama Palatası Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini audit edib və çoxsaylı nöqsanlar aşkarlayıb. Palatanın açıqladığı audit qiymətləndirməsindən aydın olur ki, AİŞ 2021-2022-ci illər üzrə riskli və səriştəsiz yatırımlar edib. Yatırım etdiyi şirkətlər sırasında cəmi bir şirkət divident ödəyib.
Şirkətin rəsmi səhifəsində göstərilib ki, AİŞ-in prioritet vəzifələri Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, iqtisadiyyatın inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək verməkdir.
Hesablama Palatası isə açıqlayıb ki, AİŞ bütün bunları nəzərə almayıb və əsas istiqamətini asan gəlir yeri kimi qiymətli kağızlara yönəldib: “AİŞ-in idarə olunan aktivlərinin böyük hissəsini dövlət və korporativ istiqrazlar təşkil edib, auditlə əhatə olunan dövrdəki gəlirlərinin əsas hissəsi bu qiymətli kağızlar üzrə ödənilmiş faizlər hesabına formalaşıb. Belə ki, auditlə əhatə olunan dövrün sonuna AlŞ-in idarə olunan aktivlərinin 60,1 faizini onun istiqraz portfeli təşkil edib, ümumiyyətlə, AİŞ-in 2021-ci ildə əldə etdiyi gəlirlərin 69,4 faizini, 2022-ci ildə isə 83,2 faizini istiqrazlardan gəlirləri təşkil edib”.
Palata həmçinin əlavə edib ki, AİŞ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə və ona məxsus qiymətli kağızlara nizamnamə kapitalının 64,8 faizi həcmində investisiya edib. Bu da portfelin böyük hissəsinin bir aktivə yatırılması ilə bağlı konsentrasiya riski yaratmaqdadır.
Aşkar edilən nöqsanlar bununla da yekunlaşmır. 2022-ci ildə “Azərbaycan Biznesin İnkişafı Fondu”nun yaradılması təmin edilmədiyindən onun üçün nizamnamə kapitalı kimi nəzərdə tutulmuş 43 milyon manat AİŞ-in nizamnamə kapitalına yönəldilib. AİŞ isə bir gün sonra həmin vəsaitin 46,5 faizini dövlət qiymətli kağızlarına yatırıb.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti Prezidentin müvafiq sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.
Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib.
Hesablama Palatası qeyd edir ki, auditlə əhatə olunan dövrdə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması və likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişikliklər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmayıb, bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri həmin layihələrin nominal dəyərindən aşağı olub. Həmçinin portfel şirkətlərin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub.
AİŞ-in 01.01.2021-ci il tarixə ümumi portfelinin həcmi 338 milyon 270 min 542,4 manat təşkil edib. Portfelin 64.236.143,2 manat və ya 19,0 faizini AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 145.742.400,0 manat və ya portfelinin 43,1 faizini istiqraz portfeli, 27.450.000,0 manat və ya 8,1 faizini depozit porfeli, 8.060.455,2 manatı və ya 2,4 faizini cari bank hesablarının qalığı, 92.781.544,0 manatı və ya 27,4 faizini isə sənaye məhəllələrinin yaradılması üçün ödənilmiş vəsait təşkil edib.
İki il sonra 01.01.2023-cü il tarixə AİŞ-in ümumi portfelinin həcmi 294.650.963,5 manat olub. Portfelin 69.723.912,2 manat və ya 23,6 faizini AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 176.994.670,0 manat və ya portfelinin 60,1 faizini istiqraz portfeli, 6.450.000,0 manat və ya 2,2 faizini depozit porfeli, 41.482.381,3 manatı və ya 14,1 faizini cari bank hesablarının qalığı təşkil edib. Göründüyü kimi, iki ildə istiqraz yatırımlarının payında 17 faizdən çox artım olub.
Palata qeyd edir ki, AİŞ-in auditlə əhatə olunan dövrdə investor cəlb etmə sahəsində fəaliyyətinin nəticəliliyinin aşağı olması səbəbindən AİŞ-in auditlə əhatə olunan dövrdə aktiv olan 12 layihəsindən 6-sı eyni tərəfdaşlarla icra edilib: “Bunu da investorlarla, yaxud bir portfel şirkətlə bağlı yarana biləcək risklərin eyni investorun cəlb olunduğu digər portfel şirkətə də təsir etməsi baxımından risk amili hesab edirik;
Layihələrin qiymətləndirilməsi mərhələsində investorların layihəyə marağının və xarici faktorların təsirinin düzgün qiymətləndirilməməsi nəticəsində 2021-ci ildə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilmiş 2 layihənin icrası qısa müddət sonra təmin edilə bilməyib, nəticədə həmin layihələrdə iştiraka dair qərar ləğv edilib.
“AİŞ-in strategiya sənədi”ndə müəyyən edilmiş strateji sənaye sahələri tam əhatə olunmadan AİŞ-in 3 kənar sahədəki layihədə iştirakı olmuş, habelə təşəbbüs daxil olmadığı əsas göstərilməklə AİŞ-in iştirakı nəzərdə tutulan və müvafiq sərəncamlarla təsdiq edilmiş dövlət proqramlarında əks olunan sahələrdə layihə icra olunmamışdır".
Müəyyən olunub ki, AİŞ-in investisiya yatırdığı bəzi layihələrin bazar dəyərinin azalması səbəbindən onların auditlə əhatə olunan dövrdəki konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri AİŞ-in həmin layihələrə yatırdığı investisiyanın nominal dəyərindən aşağı olub. Bundan əlavə, AİŞ-in portfel şirkətlərindən olan “Səba” ASC-nin auditlə əhatə olunan dövrdə AİŞ-ə təqdim etdiyi və ictimaiyyətə açıqladığı maliyyə hesabatlarının göstəricilərinin, o cümlədən mənfəət və zərər məbləğlərinin, habelə hesabatlara rəy verən audit şirkətlərinin və onların yanaşmalarının fərqli olması “Səba” ASC-nin maliyyə hesabatları ilə bağlı ciddi risklərin, habelə AİŞ-in bu istiqamətdəki nəzarət fəaliyyətində boşluqların mövcud olmasına dair ehtimalları şərtləndirir".
AİŞ-in maliyyə hesabatlarında əvvəlki illərdə investisiya olunan portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmasa da, auditlə əhatə olunan dövrdə onların mənfəət/zərər göstəricilərində müsbət dinamika qeydə alınıb.
Ümumilikdə AİŞ-in portfel şirkətləri üzrə 2021-ci ildə ümumi zərər məbləği 72.142,0 min manat, 2022-ci ildə isə 4.611,0 min manat təşkil edib. Ümumi zərər məbləğində ildən-ilə azalma, əsasən, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin maliyyə hesabatlarında əks olunan göstəricilərin yaxşılaşması, habelə “Səba” ASC-nin AİŞ-ə təqdim edilən maliyyə hesabatlarındakı göstəricilərin ictimaiyyətə açıqlanan göstəricilərə nisbətən daha qənaətbəxş olması ilə bağlıdır.
Palata qeyd edir ki, icrası ölkə xaricində həyata keçirilən və Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfə dəqiq ifadə olunmayan, habelə AİŞ-in birbaşa deyil, etibarnamə əsasında başqa müəssisə vasitəsilə idarəetmə orqanlarında təmsil olunduğu və layihələrin qiymətləndirilməsinin AİŞ tərəfindən deyil, tərəfdaş şirkət tərəfindən aparılaraq AİŞ-ə təqdim olunduğu layihələrə investisiya yatırılması barədə 2022-ci ildə qərar verilib və bu istiqamətdə bir neçə layihənin icrasına başlanıb: “Tərəfdaş şirkətlə bağlanmış müqavilənin şərtlərinə əsasən, uzunmüddətli dövr ərzində say baxımından bu cür layihələr AİŞ-in səhm və pay qoyuluşu portfelinin əhəmiyyətli hissəsini təşkil edə bilər. Həmçinin qeyd edilən investisiyaların obyekti hər hansı istehsal müəssisəsi deyil, müxtəlif investorlardan investisiya qoyuluşlarını cəlb edərək başqa şirkətə yatırmaq məqsədilə qurulmuş vasitəçi şirkətlərdir (Special Purpose Vehicle - SPV). Qeyd edilən halları nəzərə alaraq AİŞ-in öz üzərinə götürdüyü risk səviyyəsini yüksək qiymətləndiririk.
Həmçinin qeyd edilməlidir ki, bu layihə “Xəzər Beynəlxalq İnvəstisiya Şirkəti” QSC-dən sonra AİŞ-in investisiya qoyuluşlarını birbaşa deyil, vasitəçi şirkət vasitəsilə həyata keçirdiyi ikinci investisiya layihəsidir".
Auditin əhatə etdiyi dövrdə AİŞ-in səhm və pay qoyuluşu portfelinin satışından gəlirləri çəkilən xərclərdən dəfələrlə az olub.
2021-2022-ci illərdə əvvəlki maliyyə illərinin nəticələrinə görə AİŞ-in Müşahidə Şurası tərəfindən bölüşdürülməmiş mənfəətin bölüşdürülməsi barədə qərar qəbul edilməyib, o cümlədən Dövlət Neft Fonduna divident ödənilməyib.
AİŞ tərəfindən 2022-ci il ərzində xərc edilmiş vəsaitin faktiki məbləği həmin il üçün Müşahidə Şurasına təsdiq edilmək üçün təqdim olunan xərclər smetasındakından artıq olub ki, Palata bu halı AİŞ-in xərcləri barədə hərtərəfli məlumat əldə etməyə, vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına və xərclər smetasının əks etdirdiyi məlumatların həqiqiliyinə dair tam əminlik yaratmağa maneə hesab edir.
AİŞ tərəfindən 2021-2022-ci illərdə icra edilən satınalma məbləğinin 76,6 faizi bir mənbədən satınalma proseduru əsasında icra edilib, həmin satınalmalar üzrə ehtimal olunan qiymətlər müəyyən edilməyib, satınalma müqavilələri nümunəvi formaya uyğun tərtib edilməyib, bir mənbədən satınalma prosedurunun tətbiqinə dair razılıqlar müvafiq icra hakimiyyəti orqanından birbaşa deyil, dolayı yolla alınıb və sair.
Qanunvericilikdə müvafiq tələb qoyulmasına baxmayaraq, AİŞ Açıq Səhmdar Cəmiyyət olaraq öz illik hesabatını və maliyyə hesabatlarını, habelə bir sıra digər məlumatları dərc etmir ki, bu da AİŞ-in fəaliyyətinin şəffaflığını, ona ictimai nəzarəti təmin etməyə imkan vermir.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənova görə, AİŞ-in fəaliyyəti uğurlu olmayıb: “Burada şirkətin idarəçiliyinin, həm də real iqtisadiyyatın tələbinin rolu var. Real iqtisadiyyatdan tələb olmadığı şəraitdə investisiya yatırımından uğur əldə etmək mümkün deyil. Bundan əlavə, AİŞ-in fəaliyyəti ilə bağlı şəffaflıq baxımından ciddi dəyişikliklərə ehtiyac var. Şirkətin investisiya yatırdığı bir sıra şirkətlər kifayət qədər böyük bazar payına və maliyyə sabitliyinə malik şirkətlərdir. Onların gəlir əldə edə bilməməsi, AİŞ-ə divident ödəməməsi xeyli şübhəli görünür. Bu baxımdan, düşünürəm ki, şirkətin payçı olduğu müəssisələrin fəaliyyətində şəffaflığa nail olmaq üçün ciddi addımlar atmasına ehtiyac var”. (“Yeni Müsavat”)
Xəbərin oxunma sayı : 718
Sosial
Xəbərlər
-
Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
-
Dərs vəsaitində olan səhv müzakirələrə səbəb oldu - VİDEO
-
“Zorakılıq xalqı dayandıra bilməz“ - Gürcüstan Prezidenti
-
Bazarda min bir dərdin dərmanı olan yabanı bitkilərin QİYMƏTİ - VİDEO
-
Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
-
“Sevgilinizin adını sponsor qoymayın“ - Müğənnidən qalmaqallı açıqlama
-
Çempionlar Liqasında qaydalar: Arda 21 yaşına qədər “Real Madrid”ə qalacaq?
-
“Planetin ən sağlam qidaları“ - Onları yeyən xəstəlik üzü görmür
-
Sənədsiz evlərlə bağlı yenilik - VİDEO
-
Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - FOTOLAR
-
Türkiyədə iğtişaş törətmək istəyən 226 nəfər tutuldu - FOTO
-
Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ
-
Fransada iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə etdi
-
“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”
-
“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”
-
Qobustan xəstəxanasında nə baş verib? - İşdən çıxarılanlar məhkəməyə üz tutub
-
Monqolustanın “neft” fondundan əhaliyə pul paylanacaq: Qanun qüvvəyə minir
-
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
-
Aynur Bayramova həbs edildı - Məhkəmə zalında
-
Evlənmə yaşı niyə artıb? - VİDEO
-
10 min sakinin istifadə etdiyi yol bərbad haldadır - VİDEO
-
Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI
-
Qubad İbadoğlu bağ evinə köçüb - İddiası təmin edilib
-
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
-
Prezident İraq Parlamentinin sədrini qəbul edib - FOTO
-
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm“ - Seymur Orucovun qohumu həbs edildi
-
Azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO
-
“Təəssüf ki, separatçılığa təhrik edən qüvvələr mövcuddur“ - Allahşükür Paşazadə
-
12 min manat aliment borcunu ödəmədi - Həbs edildi
-
“A.M.A.Y“ın külli miqdarda borcu var - “AMAY Abdulla“nın şirkəti məhkəmə qarşısında
-
Ukrayna səmasında müəmmalı parıltı: Bir çox bölgədə görüntüləndi - VİDEO
-
Bu qurumda əməliyyat keçirilib, 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
İpotekası olanların diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
-
Prezident dini rəhbərləri qəbul etdi - FOTOLAR
-
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - FOTOLAR
-
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - FOTOLAR
-
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
-
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
-
“Kredit faizlərinin artacağı istisna deyil” – Deputat Mərkəzi Bankın son qərarının səbəblərini açıqladı
-
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - Yersiz gəldi, yerli qaç?! + VİDEO
-
Gürcüstan parlamentində dava - VİDEO
-
Makron Si Cinpin vasitəsilə Putinə təsir etməyə çalışır - “Bloomberg“
-
Ramin Məmmədov deputat mandatından məhrum ediləcək
-
“Elza deyilik ki, stollarda oxuyaq“ - VİDEO
-
Xaricdən mal sifariş verənlərin NƏZƏRİNƏ - Bundan sonra... - VİDEO
-
Gürcüstanda etirazlara qoşulan deputat döyüldü - FOTO
-
Neft Fondu iki nəhəng şirkətin səhmlərini niyə aldı - 105 milyon dollar...
-
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi“ - Prezident
-
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
-
Səbail rayonunda qanunsuz tikinti aparan kimdir ? – VİDEO
-
“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur
-
Parklarda fəaliyyət göstərən səyyar kababxanalar məmurlarındır? - VİDEO
-
”Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir” - Lloyd Ostin
-
Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə çıxış edib - + CANLI YAYIM
-
Bakıda sakinlərin həlli tapılmayan lift problemi: “Ustasız çıxıb-düşə bilmirik”
-
“Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub” - İlham Əliyev
-
İbtidai siniflər üçün yaz tətili başladı - Neçə gün davam edəcək?
-
Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI
-
“Ukraynanın müttəfiqlərinə inamı sarsılıb” - Stoltenberq
-
Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır - Bu gündən
-
Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA
-
Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına “yatırır“ - Nə baş verir?
-
Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?
-
Nazir ölkəyə yeni baş notarius təyin etdi - Abbasov vəzifəsindən azad olunub
-
Tibbi arayışlar elektron formada veriləcək - Bu gündən
-
Hadise futbolçu ilə eşq yaşayır? - Müğənnidən etiraf+ FOTO
-
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub - SİYAHI
-
Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
-
Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb - Baş katib
-
Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR
-
“Azərbaycan və Ermənistan danışıqlarda iştirakını təsdiqlədi” – Qazaxıstan XİN
-
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
-
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı - QƏRAR
-
“Artıq gedə biləcəyimiz bir məzar var” - Şəxsiyyəti müəyyənləşən şəhidin qızı + VİDEO
-
Magistraturaya qəbul imtahanı verənlərin nəzərinə: Nəticələr elan edildi
-
Başına beş milyon dollar qoyulan İŞİD komandiri məhv edilib - FOTO
-
Qazaxda tarixi abidənin üzərində obyekt tikilir - İDDİA + FOTOLAR
-
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
-
Britni Spirs məhkəmə qərarına etiraz etdi: “Ədalət yoxdur”
-
İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı - XƏBƏRDARLIQ
-
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb”
-
LAF TV-yə haker hücumu oldu - Kanal ələ keçirildi
-
“Temperaturun artma tendensiyası davam edəcək“ - Coğrafiya İnstitutu
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər yoxdur? - AÇIQLAMA
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
-
Ukrayna Krımdakı hərbi hava bazalarına hücum edib - ATACMS raketləri ilə
-
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
-
Prezident amerikalı qonaqları qəbul etdi - FOTO
-
Anar Məmmədli həbs edildi - Məhkəmədən qərar
-
XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib - VİDEO
-
“Azərbaycanda COVID-19-a yoluxma yox səviyyəsindədir“ - RƏSMİ
-
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
-
Ölkəyə gələn hər 10 turistdən 8-i Bakıda qalır – Deputat rəqəmləri açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Makron Fransa səfirini niyə Bakıya qaytardı? - Ekspert səbəbini açıqladı
-
Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı
-
Rəsmi Bakıdan sərt açıqlama: “Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik”
-
Mayda hava iqlim normasına yaxın, bəzi yerlərdə yüksək olacaq - AYLIQ PROQNOZ
-
İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı
-
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
-
Macarıstan Ermənistana hərbi yardımı blokladı - Azərbaycana görə
-
Valideynlərin nəzərinə: Yeni qeydiyyat mərkəzləri yaradıldı
-
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşüb - FOTO
-
Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi - Saxlanılanlar var
-
Türkiyəli üç aktrisa “Dünyanın Ən Gözəl 100 Qadını” siyahısında - FOTO
-
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə”
-
Şəxsiyyəti müəyyənləşdirilmiş itkin düşmüş 73 nəfərin adları açıqlanıb - SİYAHI
-
Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI
-
Rusiya Xarkova zərbələr endirib - Ölən və yaralananlar var
-
Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT
-
İtkin düşmüş 73 nəfərin şəxsiyyəti, basdırıldığı yerlər müəyyənləşdirilib - RƏSMİ
-
Məzuniyyətdə olan gömrük məmuru yanacaq kartından istifadə edib - MƏHKƏMƏ
TOP 10
ARXİV