Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cavid Qurbanov 15 min nəfəri işdən azad edəcək! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

Tarix 16.04.19, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.

Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Lakin hətta bundan sonra da QSC-də orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcək. Onda sual olunur: Belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcəksə, o halda indi neçə manat təşkil edir?

Dərin araşdırmadan təxmin etmək olar ki, söhbət qəpik-quruşdan gedir… 

V.Nəsibov



Xəbərin oxunma sayı : 1474




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap