Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cəbhəboyu ərazilərdə 117 km-dən çox yol minadan təmizlənib – FOTO

Tarix 25.01.21, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 22-24-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən 9, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 694 600 kv.m (1 369 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.





Xəbərin oxunma sayı : 313




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap