Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cəbhənin Füzuli istiqamətindən son xəbərlər - Şiddətli döyüşlər davam edir, kəndə “Smerç“ raketi atılıb

Tarix 25.10.20, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Cəbhənin Füzuli istiqamətində Azərbaycan ordusunun üstünlüyü ilə müşahidə edilən gərgin döyüşlər davam edir. Musavat.com-un əldə etdiyi məlumata görə, düşmən Füzuli rayonunun Şükürbəyli və Alıxanlı kəndləri istiqamətində ağır artilleriyadan atəşi davam etdirib. 

Zərbələr hər iki kəndin əkin sahələrinə düşüb. Xoşbəxtlikdən mülki əhali arasında yaralanan və dünyasını dəyişən yoxdur. Azərbaycan Ordusu gecə boyu cavab zərbələri ilə düşmən mövqelərini susdurub.

Ermənilər dünən də Füzuli istiqamətində mülki əhalinin yaşadığı kəndlərə ağır artilleriyadan atəşi davam etdiriblər. Kərimbəyli kəndi istiqamətinə isə "Smerç" raketi atıblar. Dünən də xoşbəxtlikdən mülki əhali arasında itki olmayıb. Həmin raket zərbəsi də əkin sahəsinə düşüb.

Daha əvvəlki yazılarda da qeyd edirdik ki, Füzuli istiqamətində düşmənin ən möhkəm istehkamı Alıxanlı və Şükürbəyli kəndləri istiqamətində yerləşən və ermənilər tərəfindən işğal edilən Aşağı Seyidəhmədli kəndindədir. 

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində bu istiqamətdə şiddətli döyüşlər getdi və nəhayət 3 gün əvvəl Aşağı Seyidəhmədli kəndi azad edildi. İndi isə düşmənin kiçik qüvvələri həmin istiqamətdə Yuxarı Seyidəhmədli və Qorqan kəndlərində müşahidə olunub. Mülki əhali də məhz bu istiqamətlərdən hədəfə alınır. Hazırda da həmin istiqamətdə döyüşlər davam edir. 

Xatırladaq ki, rəsmi məlumatda da cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdiyi bildirilir.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.



Xəbərin oxunma sayı : 799




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap