Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı - STENOQRAM

Tarix 08.01.18, 0:43

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az Gülər Qasımovanın “Açıq ədəbiyyat” kitabından bir parçanı təqdim edir.  

1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib.

“Gənc işçi” qəzeti həmin qurultaydakı əsas çıxışların stenoqramını çap edib. Qurultayı 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib.

Cəfər Cabbarlı:

- Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından sonra ədəbiyyatımızda böyük yeniliklər əmələ gəlmişdir. Lakin Az.SİTQ bu qərarların həyata keçirilməsi üçün az iş görmüşdür.

 Image result for

Cavan yazıçılarımızın tərbiyəsi işində ikinci mühüm faktor mətbuatımız və nəşriyyatımızdır. Mətbuatımızda düzgün olmayan tənqidlərin buraxılması gənc yazıçılarımızı yanlış və dolaşıq yola salır.

Təşkilat komitəsinin orqanı olan “Ədəbiyyat” qəzetəsinə az fikir verilir. Halbuki “Ədəbiyyat” qəzetəsi gənc yazıçılarımızın bilavasitə rəhbəri olmalıdır.

Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Cavidə böylə bir sual verməyə haqlıdır: “Siz - Cavid yoldaş! 14-15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi?”

Cavid yoldaşdan yeni əsər tələb edənlər əlbəttə haqlıdırlar. Cavidin verdiyi əsərlər bu günün tələbini ödəyə bilmir.

Cavidin “Peyğəmbər”ində qadına olan baxış tamamilə köhnədir. Hər bir işçi qadın, indi bundan çox-çox irəli getmişdir. Cavid yeni “Peyğəmbər” yeni əsər yaratmalıdır. Onun “Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır.

Yaxud “Şeyx Sənan”ı alalım. Cavid “Şeyx Sənan”ın yeni quruluşda oynanılmasına təəccüb edir. Əlbəttə, o, əski quruluşda oynanıla bilməzdi. Ona görə oynanıla bilməzdi ki, ondakı ideya, Sənanın panislamizmi bu günə yaramır. Sənanın sözlərini bu gün Lök Batanda oxuyacaq olsanız, sizə gülərlər.

Bizim şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər.

Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bugünkü böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam”.

Kulis.az







Xəbərin oxunma sayı : 715




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap