Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cəlilabadda əkin sahələri su altında qalıb

Tarix 29.03.17, 2:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu il qış fəslinin sərt keçməsi Cəlilabad rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub

"Report"un Cənub bürosu xəbər verir ki, ötən ilin sonu, bu ilin əvvəli qarın normadan artıq yağması rayonda əkin sahələrinin su altında qalmasına səbəb olub və bu da təsərrüfat sahiblərinə xeyli ziyan vurub. Subasmadan ən çox zərər görən isə kartof sahələridir. 

Çünki fasiləsiz yağan qarın sürətlə əriməsi nəticəsində su əkin sahələrinə yığılaraq yeni toxumun çürüməsinə səbəb olub. Hazırda su altında qalan sahələrin həcmi hesablanmasa da, təsərrüfat sahiblərinin proqnozuna görə digər sahələrdə də vəziyyət eynidir. Belə ki, əkin zamanı toxumluq kartoflarda cücərmə prosesi ya getməyib, ya da tamam zəif olub. Bu da fermerləri ciddi narahat edir.

Fermer Nurəddin Baxşıyev "Report"a bildirib ki, normadan artıq yağıntı sahələrdə kartofun çürüməsinə səbəb olub. Hazırda ziyanla üzləşən təsərrüfat sahibləri əkin sahələri boş qalmasın deyə noxud əkininə başlayıblar. Fermerlər bunun tam olmasa da, dəymiş ziyanın yarısını qismən ödəyəcəyini hesab edirlər.

Qeyd edək ki, Cəlilabad rayonuna toxumluq kartof daha çox Rusiyadan gətirilir. Rayonda əsasən “Kemirov”, “Udaçi”, “Sverdlov” və digər toxum sortları əkilir. Hazırda Cəlilabad rayonunda 4 500 hektara yaxın sahədə kartof əkilib.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap