Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çökdü - FOTOLAR

Tarix 25.01.22, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

"Report"un məlumatına görə, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.

Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdu: "Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-ci sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb".

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.










Xəbərin oxunma sayı : 1222




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap