Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cəmil Həsənli İlqar Məmmədovun partiyasına satqın damğası vurdu - REAL-dan reaksiyalar

Tarix 09.04.19, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


İlqar Məmmədov: “Belə "rəqib"lə saxta bir şou düzəltməyə nə var ki?”

Musavat.com xəbər verir ki, müxalifət düşərgəsində günlərdir davam edən Milli Şura-REAL Partiyası davası səngimək bilmir. Hər keçən  gün gərginlik artır. Son olaraq, MŞ sədri, professor Cəmil Həsənli canlı efirlərin birində REAL-ı satqınlıqda ittiham edib. Bu da REAL düşərgəsini ayağa qaldırıb.  

REAL-ın sədri İlqar Məmmədov professora feysbuq səhifəsində bu cür cavab verib: “Cəmil Həsənlinin REAL-ı satqınlıqda ittiham etməsi mənə indi tam aydın edir ki, nəyə görə hakimiyyətlərinin davamı üçün bu iqtidar 2013-cü ildə məni həbs edib prezident seçkisindən kənarda qoydu, Cəmil Həsənlini isə özlərinə "rəqib" təyin etdi. Belə "rəqib"lə saxta bir şou düzəltməyə nə var ki?”.

Partiyanın idarə heyətinin üzvü Erkin Qədirli də ittihama münasibət bildirib: “Cəmil Həsənli də REAL-ı satqınlıqda suçladı. 2013-cü il prezident seçkilərində onun rəsmən vəkili olmuşdum (qeydiyyatlı, sənədli). Özü xahiş etmişdi. Cəmil müəllimin sözünü yerə salmadım, vəkili oldum. Buna görə işimi itirdim. O vaxtdan işsizəm. Gileylənmirəm, peşman deyiləm. Tələsən yerim yoxdur. Nəticələrimi çıxarıram. Bunun özü də bir təcrübədir. Çox şey aydın oldu”.

Erkin Qədirli ile ilgili görsel sonucu

Erkin Qədirli: “REAL-ı satqınlıqda suçlamaq qanacaqsızlıqdır”

E.Qədirli son statusunu REAL-Milli Şura davasına həsr edib: “REAL-AXCP davası filanı yoxdur. Son gedişatı belə görənlər yanılırlar. REAL-ın AXCP ilə böləsi, ya da bu iki partiyanın bir-birindən alası nəsə yoxdur. AXCP-nin bəlli bir elektoratı var. Bu elektorat heç zaman REAL-a səs verməyəcək. REAL-ın elektoratı hələ tam aydın deyil, formalaşmayıb, çünki REAL bir partiya olaraq, seçkilərdə hələ iştirak etməyib. Gümanımız doğrudursa, REAL-ın elektoratı da AXCP-yə səs verəsi deyil. Bu iki partiyanın birləşməsindən AXCP heç nə udmayacaq, REAL isə ancaq itirəcək. Odur ki, burada söhbəti "dava", "qarşıdurma". "münaqişə" və s. anlayışların üzərində qurmaq doğru deyildir. Problemin kökü daha dərindir, sistemdən qaynaqlansa da, qanacağa bağlıdır. REAL-ı satqınlıqda suçlamaq qanacaqsızlıqdır”.

Qeyd edək ki, bu qarşıdurmanın kökü REAL rəhbərliyinə daxil olan bir qqrup şəxsin Brüsselə səfər etməsidir. Avropa yaşayan sabiq səfir Arif Məmmədov REAL rəhbərliyinin Brüsseldə Azərbaycan hakimiyyətini müdafiə etmələri barədə status paylaşandan sonra MŞ funksionerləri səviyyəsində REAL-ın üzərinə hücumlar təşkil edirlər. Onlar iddia edirlər ki, REAL hakimiyyətdən 2-3 deputat mandatı almaq istəyir. Hətta bunun üçün anlaşmanın olduğu yönündə statuslar da yazılır.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl paylaşdığı statusda REAL-dan sistem müxalifətinin yaradılacağını iddia edir.

Картинки по запросу Natiq Cəfərli

Natiq Cəfərli: “Gələn-gedənə satqın damğası vurmaq nə deməkdir?”

REAL-ın icraçı katibi Natiq Cəfərli müsavat.com-a açıqlamasında bunları dedi: “Bunu düşmənçilik adlandırmaq doğru deyil. Biz dəfələrlə qeyd etmişik ki, hərəmizin elektoral kütləmiz var. Sadəcə insanı incidən yalan məlumatların yayılmasıdır. Arif Məmmədov yalan məlumat yaydı və canlı yayımda bunu sübut etdim. O da bunu etiraf etdi ki, istinad etdiyi şəxsin öz fikirləri ola bilər. Bu da bir mərkəzdən idarə olunan proseslərə bənzəyir. Burada qısqanclıq da ola bilər. Avropa ölkələrinin REAL-a münasibətlərinin yaxşı olması, bizimlə tez-tez təmas qurmaları, məsləhətləşmələr aparmaları kimlərdəsə qıcıq yaradır. Ortada çox şeylər var. Amma insanı ən çox narahat edən qarşı tərəfin yalan danışmasıdır. Hörmətli Cəmil Həsənli də təəssüf edirəm ki, bu yalan karvanına qoşuldu. Canlı efirlərin birində bu səfərin hakimiyyət tərəfindən təşkil olunduğunu israrla vurğuladı, hətta buna əmin olduğunu söylədi. Bu çox biabırçılıqdır. Əlində heç bir sübut olmayan çox hörmət etdiyimiz bir şəxsin belə danışması ürək ağrıdan mənzərədir. Çünki özü də yaxşı bilirdi ki, səfərə texniki dəstəyi Avropa Birliyinin Azərbaycandakı səfiri göstərmişdi. Görüşlərin təşkilində onların rolu var idi. Bunu israrla vurğulamağımıza baxmayaraq Avropa Birliyinin səfirliyinin Azərbaycan hökumətinin nümayəndəliyi kimi qələmə verilməsi mənə elə gəlir ki, hörmətli Cəmil müəllimə heç də başucalığı gətirmir. Bu hücumların arxasında bir çox məqamlar, məqsədlər durur. Bizim düşmənçilik etmək niyyətimiz yoxdur. Ayrı-ayrı düşüncə tərzimiz, ideoloji xəttimiz var, tamam ayrı-ayrı qrup insanlara xitab edirik. Hərə öz xitab etdiyi qrupdan da dəstək və qınaq gözləyə bilər. Amma çox primitiv şəkildə əlinə möhür alıb gələn-gedənə satqın damğası vurmaq nə deməkdir? Bizim Milli Şuranın elektoral bazası ilə heç bir problemimiz yoxdur. Problem onların rəhbərliyi tərəfində yaranmış qıcıq və qısqanclıqdadır. Bunları yəqin ki, zaman özü qaydasına qoyacaq. Bizim görüşlərimiz və fəaliyyətimizin tamamı Azərbaycanın Avropa Birliyinə, Avropa məkanına inteqrasiyasına sərf olunub. Bunlar əgər bu proseslərin əleyhinədirlərsə, özləri bilərlər. Biz Azərbaycanın gələcəkdəki yerini, məkanını Avropa Birliyində, ittifaqla  əlaqələrdə görürük. Ən böyük iqtisadi tərəfdaşımız da Avropa Birliyi ölkələridir. Bunu anlamayanlar barədə bundan sonra bir daha danışmaq mənə məntiqli gəlmir”.

N.Cəfərli X.İsmayılın REAL-dan sistem müxalifətinin yaradılması üçün istifadə ediləcəyi barədə iddialara da toxundu: “Xədicə xanım bizim çox sevdiyimiz bir insandır, yaxın dostumuzdur. Onun bu fikirləri İlqar Məmmədovun bloq yazısına olan münasibətindən doğmuşdu. Ümid edirəm ki, Xədicə xanım bir az düşünəndən sonra fikrini dəyişəcək. Çünki sistem daxili müxalifətin kim olduğunu, bu günə qədər sistem daxilində hansı anlaşmalara 2000 və 2005-ci illərdə kimlərin getdiyini bu xalq çox yaxşı bilir. Biz ümumilikdə siyasi sistemə müxalif təşkilat kimi yaranmışıq. İqtidarlı-müxalifətli bütün siyasi sistemə bir alternativ kimi düşüncələrimizi paylaşmışıq. Sistem daxili müxalifət olmaq istəyənlərin istəkləri və arzuları varsa, özləri bilərlər. Bu günə qədər olublar, sonradan dəfələrlə cəbhələr dəyişdiriblər, bu tərəfdən o tərəfə qaçıblar. Bizim məqsədimiz ölkəmizdə parlamentar bir sistemin oturuşmasıdır. Bu indiki idarəetmə sisteminin tamamilə əksidir. Əgər buna sistem daxili müxalifət deyirlərsə, onların politoloji, siyasi savadları barədə nəsə deməyə ehtiyac yoxdur”.






Xəbərin oxunma sayı : 376




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap