Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cənubi Koreya lideri Pxenyana gedir –Prezidentlərin yüksək səviyyəli görüşü ABŞ-la gərginliyi azalda bilər

Tarix 18.09.18, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreya prezidenti Pxenyana səfər edir. Mun Caenin başçılıq etdiyi 200 nəfərdən ibarət nümayəndə heyəti Şimali Koreya lideri Kim Çen Inla 3-cü sammit keçirəcək.

Görüş yalnız nüvəsizləşmə və ölkələr arasında münasibətlərin normallaşması ilə məhdudulaşdırılmayacaq. Müzakirələrin diqqət mərkəzində Munun Pxenyanla Vaşqinton arasında vasitəçilik rolu da olacaq.

Şimali Koreyanın nüvəsizləşmə qərarına skeptik münasibət göstərilir.

Asan institutunun siyasi təhlilçisi Çeon Seonq Uhun “Amerikanın Səsi”nə bildirib ki, Kim və Şimali Koreya rejiminin nüvə silahları və proqramlarından tamamilə əl çəkəcəyi aydın deyil.

Şimali və Cənubi Koreyalar cümə günü Şimali Koreyanın Kaesonq şəhərində əlaqə bürosu açıb. Onlar prezident Mun Caenin bu həftə Pxenyana səfərindən öncə daha yaxın münasibət yaratmaq niyyətindədir.

Büronun açılışı Koreyaların bu il atdıqları bir neçə barışdırıcı addımlardan ən sonuncusudur.

Cənubi Koreyanın unifikasiya naziri deyib ki, büro “Koreyanın birgə rifahının beşiyi olacaq”.

Büro prezident Munun Şimali Koreya paytaxtına çərşənbə axşamı gözlənilən üçgünlük səfərindən bir neçə gün öncə açılıb.

Ötən həftə Cənubi Koreya lideri Seulda kabinet üzvlərinə deyib ki, Şimalı nüvə silahları proqramını ləğvinə inandırmaqda Vaşinqton aparıcı rol oynamalıdır.

Munun bəyanatı Ağ Ev Şimali Koreya lideri Kim Çen Inın Donald Trampa pozitiv məktub göndərərək, ikinci sammitlə bağlı müraciət etdiyini bildirməsindən bir gün sonraya təsadüf edir.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap