“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Cənubi Koreya ordusunda insanları robotlar əvəzləyəcək? - Nazirlikdən qərar

Tarix 11.05.26, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyanın Müdafiə Nazirliyi "Hyundai Motor Company" ilə hərbi robototexnika sahəsində strateji tərəfdaşlıq imkanlarını araşdırır.

Bu barədə "Bloomberg" agentliyi yazıb.

Məlumata görə, təşəbbüs Seulun şəxsi heyətin getdikcə dərinləşən defisiti fonunda süni intellekt və pilotsuz texnologiyaların tətbiqini sürətləndirmək planının bir hissəsidir.

Nazirlikdən bildirilib ki, proses müzakirə mərhələsindədir və yüksək texnologiyalı yeni nəsil silahlı qüvvələrin formalaşdırılmasına yönəlib. Potensial tərəfdaşlığın konkret detalları hələlik açıqlanmır.

"Korea Economic Daily" qəzetinin məlumatına görə, ordu robotların ilk növbədə qeyri-döyüş tapşırıqlarında - kəşfiyyat, müşahidə və logistika üçün istifadəsini araşdırır. Potensial həllər kimi "Spot" robot iti," MobED" mobil platforması və "X-ble Shoulder" geyilə bilən ekzoskeletlər göstərilir.

"Hyundai Motor Company"yə məxsus olan "Boston Dynamics" törəmə şirkətinin texnologiyalarından mümkün istifadə xüsusi diqqət cəlb edir. Analitiklər qeyd edirlər ki, "Spot" robotlarının Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya (silahsızlaşdırılmış) zonasında yerləşdirilməsi bu cür sistemlərin kommersiya məqsədlərindən kənarda hərbi potensialının mühüm təsdiqi olardı.

Cənubi Koreya hökumətinin ordunun robotlaşdırılmasına marağı demoqrafik böhran və silahlı qüvvələrin sayının azalması ilə əlaqəlidir. Son 6 ildə ölkənin daimi ordusunun sayı təxminən 20% azalaraq 450 min nəfərə çatıb.



Xəbərin oxunma sayı : 1249




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap