“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Cərimə meydançalarında 8 min manat borcu olan xarici nömrəli maşınlar var - VİDEO

Tarix 12.09.19, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar Bakı şəhərində və bölgələrdə xarici qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sayı xeyli artıb. Qonşu ölkələrdən, xüsusilə də Gürcüstandan gətirilən avtomobillərə isə daha çox rast gəlinir. Hazırda cərimə meydançalarında da yüksək cərimə borcu olan yüzlərlə xarici nömrəli avtomobil var.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, həmin nəqliyyat vasitələrinin sürücüləri qayda pozsalar da, məsuliyyətdən yayına biləcəklərini düşünürlər. Lakin bu mümkün deyil. Çünki nəqliyyat vasitəsi ölkəyə daxil olarkən bütün məlumatlar mərkəzi informasiya sisteminə yerləşdirilir və sürücü qayda pozduqda çox asan şəkildə elektron protokol tərtib olunur.

Şöbə rəisinin sözlərinə görə, hazırda dayanacaqlarda yüksək məbləğdə cərimə borcu olan xeyli avtomobil var. Cərimələrin məbləği isə bir neçə min manatdır.

Vaqif Əsədov deyir ki, bəzən sürücülər cərimə borcunu ödəməmək üçün ölkədən çıxır və avtomobilin nömrəsini dəyişərək yenidən gəlirlər. Lakin artıq bu yolla da məsuliyyətdən yayınmaq mümkün deyil. Çünki avtonəqliyyat vasitəsi ölkəyə daxil olanda şassi nömrəsi də mərkəzi informasiya bazasına yerləşdirilir. Nömrə nişanı dəyişdirilsə də, şassi nömrəsi ilə həmin nəqliyyat vasitəsi təyin edilir və barəsində qanunauyğun şəkildə müvafiq tədbirlər görülür.








Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap