Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb - FOTOLAR

Tarix 07.09.20, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Seyid Abbas Musəvini qəbul edib.

 "Report" xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, İran səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Öz növbəsində, Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.







Xəbərin oxunma sayı : 5452




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap