Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ceyhun Bayramov Gürcüstanda: o, İrakli Qaribaşvili ilə görüşüb

Tarix 16.07.22, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək Azərbaycan Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə ən xoş salamlarını çatdırıb.

Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. Nazir, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidentinə və Baş nazirinə dərin ehtiramla salamlarını çatdırıb, ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.

Tərəflər, iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu bir dönəmdə iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.

Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Bu görüşlərdən sonra Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək.



Xəbərin oxunma sayı : 637




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap