Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ceyhun Bayramov Viktoriya Nulandla görüşüb - “Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndiririk“

Tarix 22.09.21, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Dünən, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 22-də məlumat yayıb. Məlumata görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.

XİN-in bildirdiyinə görə, ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirib: "Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib".

Məlumata görə, görüşdə bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb: "Görüşdə tərəflər, habelə… iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər".

Xatırladaq ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır. Onun əsas müzakirə mövzularından biri Əfqanıstandakı vəziyyətdir. Ötən ay Əfqanıstanda "Taliban" hərəkatı silahlı yolla hakimiyyətə gəlib. Ölkədə humanitar problemlərin kəskin hal aldığı bildirilir.



Xəbərin oxunma sayı : 910




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap