Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ciddi korrupsiya ittihamları ilə üzləşib, ancaq hələ də işinin başındadır... Şükürovun aqibəti

Tarix 25.04.17, 1:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Lift-Təmir İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov neçə gündür keçmiş qudasının və kürəkəninin mətbuatda barəsində açıqladığı korrupsiya faktlarına baxmayaraq “işinin başındadır”. Hərçənd ki, onun işdən azad edildiyi barədə şaiyələr müxtəlif saytlarda yayılmışdı.

Virtualaz.org saytının əməkdaşı Bakı Lift-Təmir İstehsalat Birliyi ilə əlaqə saxlayıb, Qüdrət Şükürovdan keçmiş qohumlarının onun barəsində irəli sürdüyü korrupsiya iddialarına, o cümlədən OTİS şirkətinin Rusiyadakı törəmə şirkəti “Otis Lift”lə 2013-cü ildə bağlanmış müqavilədən milyonlarla dollar “otkat” aldığı barədə yazdıqlarına şərh almağa çalışıb. Lakin onu iş yerində tapmaq mümkün olmayıb. İstehsalat Birliyindən deyiblər ki, bu, heç də Qüdrət Şükürovun işdən azad edildiyi barədə şaiyələrin gerçək olması mənasını vermir. “O, işinin başındadır, ancaq hazırda ərazidədir”-İstehsalat Birliyinin əməkdaşı telefonla bildirib.

Lift-Təmir İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Əli Hənifəyev isə direktorun əvəzindən onun barəsində irəli sürülmüş ittihamların əsassız olduğunu bildirmək məsuliyyətini üzərinə götürüb. Hənifəyev virtualaz.org-a bildirib ki, bütün bu ittihamlar “ailə-məişət münaqişəsi” kontekstində  qisas olaraq mətbuata çıxarılıb və “heç bir əsası yoxdur”. “Qüdrət müəllim özü də artıq mətbuatda açıqlama verərək barəsində deyilənlərin uydurma olduğunu deyib. İndi bu məsələdən hamı yazır, o da təkdir, hamıya cavab verə bilməz ki...”-şöbə rəisi əlavə edib.



Əli Hənifəyev deyib ki, Bakı Lift-Təmir İstehsalat Birliyi statusuna görə şəhər İcra Hakimiyyətində aşağı yerlərdən birində olan strukturdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə birbaşa tabedir. Birliyin rəhbər işçilərinin təyinatı və işdən azad edilməsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətindədir. Şəhər başçısı isə hələlik Şükürovun işdən azad edilməsi barədə hansısa qərar verməyib.

“Biz İstehsalat Birliyinin fəaliyyətinə aid hansısa məsələ ilə bağlı suallara həmişə cavab verməyə hazırıq. Bu məsələnin isə idarənin fəaliyyətinə dəxli yoxdur, ailə-məişət münaqişəsi zəminində ortaya atılıb”-Hənifəyev deyib.

Bəs Bakı Lift-İstehsalat Birliyinin “Otis-Lift” şirkəti ilə bağlanan müqavilədən iddia edildiyi kimi milyonlarla dollar “otkat”ın alınması, Qüdrət Şükürovun həmin pula İstanbulun “Koru-Florya” elit yaşayış kompleksində iki 4 otaqlı mənzil alması barədə deyilənlər necə olsun? Bunlar ki, birbaşa lift idarəsinin maliyyə-təsərrüfat fəaliyyətinə dəxli olan ciddi korrupsiya ittihamlarıdır.



İstehsalat Birliyinin şöbə rəisi deyir ki, bu da “boş şeydir”, çünki belə korrupsiya faktı olsaydı lazımi orqanlar indiyə qədər onu çoxdan üzə çıxarmışdılar. Hənifəyev bir daha xatırladıb ki, İstehsalat Birliyinin rəhbərinin barəsində qərar vermək səlahiyyəti şəhər rəhbərliyinə aiddir və onlar hansı qərar verəcəklərsə o da olacaq.

Xatırladaq ki, Şükürovun keçmiş qudası Rafail Əsgərov onun İstanbulda “Koru-Florya”dan 1.7 milyon dollara iki mənzil aldığına şəxsən şahidlik etdiyini bildirir. Əsgərov mütəlif istansiyalara göndərdiyi məktubunda yazır ki, 2013-cü ilin aprelində qudasının təklifi ilə onunla birlikdə Moskvaya gedib. Şükürov orada “Otis lift”in baş direktoru Vardan Avakyanla görüşərək müqavilə bağlayıb. Daha sonra İstanbula uçub və “Koru-Florya”dan iki mənzil alıb. Mənzillərin pulunu isə “Otis Lift”in Andrey adlı əməkdaşı “otkat” olaraq köçürmüşdü...





Xəbərin oxunma sayı : 571




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap