|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Cinayətkar “tender kralı“na necə çevrildi? - Araşdırma
Tarix 15.03.19, 2:29 |
|
Azərbaycanın dövlət büdcəsinə 2005-ci ildən sonra milyardlarla neft pulunun daxil olması ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, korrupsiya sahəsini də "çiçəkləndirdi".
Ötən illərin xronologiyasına və eləcə də indiki hesabatlara nəzər yetirəndə bu korrupsiya hallarının daha çox dövlətdən maliyyələşən rəsmi qurumların sifarişçisi olduğu tender və katirovkalarda həyata keçirildiyinin şahidi oluruq.
Baş verən neqativ hallar barəsində indiyədək ölkənin bəzi media orqanlarında xeyli sayda yazılar dərc edilib, lakin bu sahədə problemlərin həlli üçün heç bir addım atılmayıb.
Qlobal.az İnformasiya Portalı Prezident İlham Əliyev cənablarının ölkədə apardığı uğurlu iqtisadi siyasətdə şəffaflığın təmin edilməsi məqsədilə oxuculara sözügedən mövzu ilə bağlı çoxsaylı araşdırmalar təqdim edib.
Budəfəki araşdırma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs edilən şəxsin adına qanuniləşdirilən şirkətlərin dövlət maliyyəli qurumların-Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 2018-ci ilin aprel ayının 5-də elan etdiyi katirovkalar və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tenderi haqqındadır.
Aprel ayının 5-də 7 lot üzrə keçirilən katirovkaların ümumi məbləği 90.458 (doxsan min dörd yüz əlli səkkiz) manat, qalibi isə eyni şirkət - Risno-CMN Məhdud Məsuliyyətli Cəmiyyət olub.
2018-ci ilin mart ayının 9-da elan edilən Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 7 lot üzrə katirovka sorğusuna aprel ayının 5-də yekun vurulub.
Yeddi fərqli profil üzrə (sair xərclər üzrə 5.198, digər alış və xidmətlər üzrə 6.997, yumşaq inventarlar 8.997, bərk inventarlar 13.486, idarənin xərcləri üzrə 15.292, mətbəə xərcləri üzrə 17.989, dəftərxana və təsərrüfat malları üzrə 22.499) eyni gündə katirovkaların qalibi olan Risno-CMN Məhdud Məsuliyyətli Cəmiyyətinin nə faktiki ünvanı, nə əlaqə telefonları, nə də elektron ünvanı var.
Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Risno-CMN MMC-nin (VÖEN: 2904754411) qanuni təmsilçisi 1996-cı il təvəllüdlü Rzaquluyev Elvin İlqar oğludur.
Rzaquluyev Elvin Risno-CMN MMC ilə yanaşı, "ASCARİ-CMN" (VÖEN: 2904754261) və "VERTU-CMN" (VÖEN: 2904754391) MMC-lərin rəhbəridir. Hər üç MMC 2018-ci ilin fevral ayının 1-də qeydiyyata alınıb.
"Vertu CMN" MMC 2018-ci ilin dekabr ayının 17-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu "Proqram təminatı" adlı 1 lot üzrə 51850 (əlli bir min səkkiz yüz əlli) manatlıq tenderin qalibi olub.
Hər üç MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8-dir.
Hüquqi ünvanın sahibləri baş verənlərdən xəbərsizdirlər...
Qlobal.az-ın əməkdaşı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8 ünvanında olub. Öncə qeyd edək ki, göstərilən ünvanda qeyri müəyyənlik var. Belə ki, 4-cü mkr ev 26 "A" və "A/4" korpuslarından ibarətdir. 3 blokdan ibarət olan hər bir korpusda 8 saylı mənzil yerləşir. "A/4" korpusundakı 8 saylı mənzilin sahibi bizimlə söhbətində belə bir şirkətləri tanımadıqlarını, mənzillərinin hüquqi ünvan olduqlarından xəbərsiz olduqlarını bildirdi.
"A" korpusu, mənzil 8 ünvanında yaşayan Fuad Yunusov da mənzilinin MMC-lərin hüquqi ünvanı olmasından xəbərsizdir. Əslən Yardımlı rayonunun Ostair kəndindən olan Fuad Yunusov tikinti sahəsində usta kimi çalışdığını, kasıb gün-güzəran sürdüyünü deyir.
Elvin Rzaquluyev kimdir, iş adamı, yoxsa cinayətkar?
Əslən Ağdam rayonundan olan Rzaquluyev Elvinin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov 42 ünvanında qeydiyyatda olmasına baxmayaraq, onu nə ərazi üzrə aidiyyatı orqanlarda, nə də qonşulardan görən-tanıyan var.
Bakıxanov 42 ünvanı
Qlobal.az-ın qeyd edilən ünvanda olan əməkdaşına sakinlər bildiriblər ki, indiyədək bu cür ad-soyadlı şəxslə heç zaman ünsiyyətdə olmayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayon şöbəsi də Qlobal.az-a Rzaquluyev Elvin İlqar oğlu adlı şəxsin onlarda qeydiyyatda olmadığını bildirib.
İnternetdə isə Rzaquluyev Elvin İlqar oğlu barəsində ilginc məlumatlara rast gəlinir. Hətta onun müəyyən şəxslərlə hansısa anlaşma müqabilində "tender oyunu"nda razılaşdığı da ehtimal edilir. İnternetdə yayılan məlumatlara gəlincə, məsələn, "Olaylar" İnformasiya Agentliyi 2013-cü ilin 27 iyununda "Bakıda quldur dəstəsi yaxalandı" başlıqlı xəbərdə yazır:
"Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus "Opel" markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib, döyərək pul verməsini tələb ediblər. Ramil pulu olmadığını dedikdə isə düşərək gediblər. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulublar. Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xaqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini aldıqları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulub. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır". (http://olaylar.az/news/kriminal/45962)
Bakı Apelyasiya Məhkəməsinin bazasından əldə etdiyimiz məlumatda isə (iş nömrəsi: 1 (103)-1257/14 BACM) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə (maddə 177.2.1 - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.1 - (eyni əməllər) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.2 - təkrar törədildikdə; maddə 181.2.4 - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə; maddə 181.2.5 - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və maddə 326.1 - rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) təqsirli bilinən Rzaquluyev Elvinin 2014-cü ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Həsən Hüseyn oğlunun qərarı ilə cəza müddətinin 4 il 6 aya endirildiyi bildirilir.
Rzaquluyev Elvin barəsində olan növbəti xəbər isə olduqca ciddi məqamlardan xəbər verir. Belə ki, "Azvision.az" saytının 2018-ci ilin 26 fevral tarixində "Bakıda quldurluq edən qardaşlar saxlanıldı" başlıqlı xəbərdə deyilir: "Bakıda quldurluq əməli törətmiş 2 nəfər tutulub. AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Rzaquluyev və qardaşı Elvin saxlanılıblar".
"Azvision.az" saytında gedən xəbərin tarixinə diqqət yetirdikdə məlum olur ki, Rzaquluyev Elvin 1 fevral 2018-ci ildə 3 MMC-ni təsis etdikdən 25 gün sonra saytın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərdə qeyd olunan cinayət hadisəsini törədib.
Burada digər maraqlı məqam isə 2018-ci ilin fevral ayının 26-da cinayət əməllərinə görə polis orqanı tərəfindən həbs edilən Rzaquluyev Elvinin rəhbəri olduğu şirkətin 1 ay 5 gün sonra - 2018-ci ilin aprel ayının 5-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 7 lot üzrə katirovkasının qalibi olmasıdır.
Sifarişçi təşkilat susur, bəs dövlət xidməti nə deyir?
Lənkəran Müalicə-Diaqnostika Mərkəzi ilə Risno-CMN MMC arasında 2018-ci ilin aprel ayının 5-də imzalanmış 7 lot üzrə katirovka müqavilələrindəki şübhəli məqamlara aydınlıq gətirilməsi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik.
Xidmətdən Qlobal.az-a verilən açıqlamada deyilir: ""Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq satınalan təşkilat malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlardır. Həmin Qanununun 6.2-ci maddəsinə uyğun olaraq satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri həmin maddədə qeyd olunan tələblərə cavab verməlidir.
Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin "Dövlət Satınalmaları haqqında" qanunda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsi, tenderin əsas şərtlər toplusunun və tender elanının təsdiq olunması, iddiaçılardan daxil olan tender təkliflərinin qiymətləndirilməsi, müvafiq satınalma prosedurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması satınalan təşkilat və onun tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətlərinə aiddir".
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məktubunda daha sonra məsələlərə aydınlıq gətirilməsi üçün "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyatı üzrə müraciət etməyimiz tövsiyə olunur.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzindən isə məsələ ilə əlaqədar nə şifahi, nə də yazılı müraciətimizə cavab verilmədi.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzində 2018-ci ildə audit aparılıb-aparılmaması barədə sualımıza isə cavab olaraq Hesablama Palatası 2018-ci ildə Lənkəran Müalicə-Diaqnostika Mərkəzində audit aparılmadığını bildirib.
Baş həkim vitse-prezidentin qardaşıdır...
Lənkəran Müalicə-Diaqnostika Mərkəzi SOCAR tərəfindən inşa edilib. 2011-ci ildə istifadəyə verilən və SOCAR-ın Sosial İnkişaf İdarəsi səhiyyə departamentinin tabeçiliyində fəaliyyət göstərən Lənkəran Müalicə-Diaqnostika Mərkəzi sonradan Səhiyyə Nazirliyinin balansına verilib.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun qardaşı Malik Məmmədovdur.
Müasir tibbi avadanlıqlarla təchiz olunan Lənkəran Müalicə-Diaqnostika Mərkəzində məsləhət-diaqnostika poliklinikası, qəbul, şüa diaqnostikası, hemodializ, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir...
Xəbərin oxunma sayı : 997
Gündəm
Xəbərlər
-
Kommunal xidmətlərlə bağlı dəyişiklik - QƏRAR
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
TOP 10
ARXİV