“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb - FOTO

Tarix 09.11.19, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” cümləsinin həkk olunduğu lövhə hazırlayıb.

Trend-in məlumatına görə, Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.

Qeyd edək ki, Aİİ kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri zamanı “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, kənd məktəbini, burada inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidini ziyarət ediblər. Eyni zamanda, Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Səfərin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsidir.




Xəbərin oxunma sayı : 829




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap