Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cocuq Mərcanlıda 24 ildən sonra ilk dəfə məktəb zəngi çalındı

Tarix 16.09.17, 1:25

Font ölçüsü : - / +
bitmap-img6


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Təhsil Nazirliyinin, Cəbrayıl və Xocavənd Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, Gəncliyə Yardım Fondunun və ictimaiyyətin nümayəndələri, qəsəbə sakinləri, müvafiq inşaat təşkilatlarının rəhbərləri, valideynlər və iş adamları iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən əvvəl məktəbin bayramsayağı bəzədilmiş həyətində Cəbrayıl Rayon Mədəniyyət İdarəsinin hazırladığı bədii proqram nümayiş olunub.

Azərbaycanın dövlət himni ilə başlayan mərasimi məktəbin direktoru Zamin Həziyev açaraq bildirib ki, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Bilik günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Bilik Fondu, Gəncliyə Yardım Fondu, “Təkamül və İnteqrasiya” İctimai Birliyi, Bakı tikiş evi tərəfindən məktəbə və şagirdlərə dərsliklər, metodiki vasitələr, bədii kitablar, məktəbli geyimləri, idman formaları, dərs ləvazimatları verilib.
Mərasimdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç, Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov və başqaları əlamətdar gün münasibətilə Cocuq Mərcanlı sakinlərini, məktəbin kollektivini təbrik edib, şagirdlərə yaxşı oxumağı tövsiyə edərək, gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilərək sakinlərin istifadəsinə verilib.

Qeyd edilib ki, Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Oqtay Həziyevin ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıtdı. 23 il ailə üzvləri ilə birgə doğma kəndində yaşayaraq, vətəndaşlıq nümunəsi, torpağa, Vətənə, dövlətə bağlılıq nümunəsi göstərdi. Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edən zaman O.Həziyevin ailə üzvləri ilə görüşüb və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Prezidentin Cocuq Mərcanlıya səfərindən danışan Ə.Həsənov xatırladıb ki, dövləti başçısı məktəbə gələrək burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü. Cocuq Mərcanlı kəndindən olan kursant prezidentə raport verib. Bu zaman prezident İlham Əliyev böyük sevinc hissi keçiririb. Görürüb ki, müasir Azərbaycan gəncliyi çox yüksək hərbi vətənpərvərlik ruhundadır. Qürur hissi keçirir və bir daha əmin olurdu ki, bu gənclər onun göstərişi ilə istənilən an işğal altındakı torpaqları azad etmək iqtidarındadırlar.

Səfər zamanı prezident şəxsi təşəbbüsü ilə tikilən Şuşa məscidinin bənzəri olan məscid ilə tanış olub. Bütün dünyaya mesaj verib ki, Azərbaycan xalqı öz dininə, adət ənənəsinə çox sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək hazırda işğal altında olan məscidləri də bərpa ediləcək.

Ə.Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü mühüm tarixi hadisə adlandırıb. Bildirib ki, ümumilikdə Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Əgər son 200 ilə nəzər salsaq görərik ki, bizim torpaqlar daim işğal olunub. Bu müddətdə ilk dəfədir ki, işğal olunmuş torpaqlar azad olunmağa başlayıb. Prezidentin tapşırığı ilə xarici ölkə səfirlərinin, mətbuat orqanlarının nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil edilib. Bütün dünya bir ildir Cocuq Mərcanlıdan danışır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə bu tarixi yazdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu tarixin yazılması layiqincə davam etdirirlər. Prezidentin tapşırığı ilə Cocuq Mərcanlı haqqında kitab və film hazırlanıb. Yaxın günlərdə təqdimatı olacaq. Bu istiqamətdə işlər davam edəcək.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə maksimum diqqət və qayğı göstərir. Tədbirdə söz alan kənd ağsaqqalı Fazil Aslanov və məktəbin müəllimi Səidə Quliyeva bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim edilib.
İyirmi dörd ildən sonra Cocuq Mərcanlı məktəbində çalınan ilk zəngin sədaları altında əllərində gül-çiçək dəstələri olan şagirdlər sinif otaqlarına üz tutublar.

Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Xatırladaq ki, təhsil nazirinin əmrinə əsasən builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap